Ministry of Youth and Sports
2010-09-02 11:56
2010-09-02 09:05
2010-09-01 14:21
2010-08-31 09:21
2010-08-30 12:51
2010-08-30 11:36
2010-08-27 12:19
2010-08-26 10:36
2010-08-25 12:42
2010-08-25 12:09
2010-08-24 17:17
2010-08-23 11:59
2010-08-23 11:07
2010-08-23 11:01
2010-08-23 10:59
2010-08-20 17:02
2010-08-20 16:56
2010-08-20 16:09
2010-08-20 16:03
2010-08-19 16:05
XƏBƏRLƏR
2009-06-22 13:32
“Narkomaniya və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir” layihəsi çərçivəsində seminar

“Sağlam İnkişaf və Maarifləndirmə” ictimai birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Şuşa rayonu Mədəni -Maarif Texnikumunda məcburi köçkün tələbələrinə iyun ayının 20-21-də “ Narkomaniya və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir” layihəsi çərçivəsində seminar keçirib.
Tədbiri giriş sözü ilə açan texnikumun direktoru Rəsul İsmayılov birlik tərəfindən keçirilən bu aksiyanın xüsusilə gənclərimiz üçün çox önəmli addım olduğunu bildirib. Seminarla bağlı öz fikirlərini bölüşən birliyin sədri Anar Xəlilov, layihə barədə seminar iştirakçılarına ətraflı məlumat verib. Birlik sədri bildirb ki, layihədə əsas məqsəd dünyanı ağuşuna götürmuş ağ ölümlə mübarizə və narkomaniyanın gətirdiyi bəlalar barədə gənclərimizi maarifləndirici təbliğat yolu ilə bundan xəbərdar etməkdir.
Tədbirdə eyni zamanda texnikumun direktor müavini İslam Əhmədov və Şuşa rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Xəyyam Mirzəyev də tələbələr qarşısında çıxış ediblər. Tədbirin əhəmiyyəti haqda danışan qonaqlar həyata keçirilən layihə ilə bağlı birliyə təşəkkür ediblər.
Seminarda mühazirə ilə çıxış edən həkim-psixoloq İbrahim Əsədli narkomaniyanın törətdiyi bəlalar, QİÇS və ona yoluxma yolları, eyni zamanda ondan müdafiə barədə də tələbələrə ətraflı məlumat verib.
Qeyd edək ki, növbəti tədbir Şuşa Musiqi texnikumunda keçiriləcəkdir.
 






AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 1338

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva