Ministry of Youth and Sports
2010-09-02 11:56
2010-09-02 09:05
2010-09-01 14:21
2010-08-31 09:21
2010-08-30 12:51
2010-08-30 11:36
2010-08-27 12:19
2010-08-26 10:36
2010-08-25 12:42
2010-08-25 12:09
2010-08-24 17:17
2010-08-23 11:59
2010-08-23 11:07
2010-08-23 11:01
2010-08-23 10:59
2010-08-20 17:02
2010-08-20 16:56
2010-08-20 16:09
2010-08-20 16:03
2010-08-19 16:05
XƏBƏRLƏR
2009-06-18 13:20
Ağcabədi gəncləri elektron sahibkarlığın imkanları barədə müzakirələr aparıblar

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən “İnnovasiya yönümlü kiçik və orta sahibkarlığı inkişaf etdirmək məqsədilə gənclər arasında maarifləndirmə işinin təşkili” layihəsi iyunun 13-14-də Ağcabədi rayonunda keçirilib.
“Demokratik İslahatçı Gənclər İctimai Birliyi” tərəfindən təşkil olunan tədbirdə Ağcabədi rayon Gənclər və İdman İdarəsinin, müxtəlif umutəhsil məktəbləri, yerli dövlət orqanları, şirkətlər və yerli QHT nümayəndələri iştirak edirdilər.
Seminarda giriş sözü ilə şıxış edən birliyin sədri Vüsalə Hüseynova İKT-nin son vaxtlar yaşadığımız həyatın bütün sahələrində geniş tətbiq olunduğundan ətraflı danışararaq, bu sahəyə gənclərin meyillənməsinin sevindirici hal olduğunu bildirib. Tədbirin əsas məqsədinin iştirakçıları eletron biznes imkanları barədə maarifləndirmək, onları gələcəkdə bu imkanlardan lazımınca istifadəyə cəlb etmək olduğu da xüsusi vurğulanıb.
“Sağlam İnkişaf və Maarifləndirmə” ictimai birliyinin sədri Anar Xəlilov tədbirdə ekspert qismində çıxış edərək İTK üzrə biznes layihələrin idarə olunması və bu işdə marketinq işinin formalaşması barədə fikirlərinin bildirməklə yanaşı, beynəlxalq təcrübədən nümunələr göstərib. Ekspert əldə edilən nailiyyətlərin cəmiyyətin həyatındakı rolu, bu sahə ilə bağlı qəbul olunan qanunlar və prespektiv layihələrdən söz açıb. Anar Xəlilov eyni zamanda elektron ticarətin yaratdığı şəraitlə də tədbir iştirakçılarını tanış edərək, mobil ticarətdə mövcud olan müsbət və mənfi xüsusiyyətləri barədə məlumat verib.
Tədbirin sonunda informasiya kommunikasiya texnologiyaları mövzusunda fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir “İnnovasiya yönümlü kiçik və orta sahibkarlığı inkişaf etdirmək məqsədilə gənclər arasında maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində baş tutub.
 





AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 1338

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva