Xəbərlər

Binəqədi rayon məktəbliləri arasında “Veloidman” yarışı keçirildi
17 mart, 2017 15:42

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində Binəqədi rayonu S.S.Axundov küçəsi (metronun “Dərnəgül” stansiyasının üzəri) istiqamətində 16 mart 2017-ci il tarixdə Binəqədi rayon məktəbliləri arasında “Veloidman” yarışı keçirildi.

          Yarışın açılış mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yarışlara məsul şəxsi Ruslan Məmmədov, 14 saylı Uşaq-Gənclər İdman Məktəbinin direktoru Vüqar Hüseynov iştirak etmişlər.

          Yarışın nəticəsinə əsasən 115 №li tam orta məktəbin komandası I yeri, 244 №li tam orta məktəbin komandası II yeri, 301 №li tam orta məktəbin komandası III yeri tutub. Qaliblər təşkilatçılar tərəfindən diplom və kubokla mükafatlandırılıblar.

          Qeyd edək ki, “Veloidman” yarışında 7-8-ci sinif  şagirdləri iştirak edib, komandaların tərkibi - 3 nəfər oğlan, 1 nəfər qız (2 ehtiyat oyunçu) və 1 nəfər müəllimdən ibarət olub. Yarışda hakimlik Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təyin edilmiş hakimlər kollegiyası tərəfindən həyata keçirilib.

printerçap versiyası

Baxılıb: 133

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1213

Partnyorlar