Xəbərlər

“Gənclərin Bahar Bayramı” adlı bədii-əyləncəli bayram tədbiri keçirildi
17 mart, 2017 15:26

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi və Təhsil Şöbəsi ilə birgə 15 mart 2017-ci il tarixində Heydər Əliyev Mərkəzində Novruz bayramına həsr edilmiş “Gənclərin Bahar Bayramı” adlı bədii-əyləncəli bayram tədbiri təşkil etmişdir. Müxtəlif sahələri təmsil edən ictimai-fəal gənclərin, gənclər təşkilatlarının nümayəndələrinin iştirak etdiyi bayram tədbirində çıxış edən şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazov, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə milli mənəvi dəyərlərin, adət və ənənələrin qorunub saxlanılmasında, daha da inkişaf etdirilməsindəki rolundan danışmış və bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, həmçinin şəhər rəhbərliyinin adət ənənələrimizin qorunub saxlanılmasında fəaliyyətini qeyd edərək, Novruz bayramı münasibətilə iştirakçıları təbrik etmişlər.

Tədbir Novruz adət-ənənələrini özündə əks etdirən maraqlı oyunlarla, viktorinalarla, müxtəlif musiqi nömrələri ilə davam etmişdir.

printerçap versiyası

Baxılıb: 105

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1213

Partnyorlar