Xəbərlər

Nərimanov rayonunda şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş şahmat üzrə rayon turniri keçirilib
17 fevral, 2017 16:26

15 fevral 2017-ci il tarixində "İstək" liseyində Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş şahmat üzrə Nərimanov rayon turniri keçirilib. 

Yarışın keçirilməsində məqsəd aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin xatirəsini yad etmək, yeni nəslin sağlam ruhda böyüyüb tərbiyə olunması, ölkədə bədən tərbiyəsi ve idmanın kütləviliyinin təmin edilməsi, şahmat idman növünün geniş şəkildə təbliğ olunması, gənclərimizin yüksək məqsədlər uğrunda mübarizə əzminin artırılmasından ibarətdir.

Turnirin açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Abdulov, şəhid Mahir Mirzəyevin əmisi Samir Mirzəyev çıxış edərək ilk öncə torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman, Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, qeyd etmişlər ki, ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. İdmançılarımız beynəlxalq arenada ölkəmizi uğurla təmsil edirlər. Ötən ilin aprel ayında mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı hücumun qarşısının mütəşəkkil və yenilməz Azərbaycan Ordusu tərəfindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində qətiyyətlə alındığını, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının rəşadətlə məhv edilərək düşmənin qorxu içində geri çəkildiyini və nəticə etibarı ilə işğal altında olan mövqelərin düşməndən azad edilərək silahlı qüvvələrimizin daha əlverişli üstün mövqelərə sahib olduğunu deyən natiqlər, erməni qəsbkarlarına bir qarış torpaq belə güzəştə getməyən güclü ordumuzun əldə etdiyi bütün bu nailiyyətləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəbərliyi altında günü-gündən inkişaf edən, maddi-texniki bazası gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin və bütövlükdə bütün xalqımızın növbəti uğuru və qələbəsi kimi dəyərləndiriblər.

Turnirdə rayonun 23 məktəbin 46 nəfər, onlardan 23 nəfəri qız olmaqla məktəbli iştirak etmişdir. 

Yarışda oğlanlar arasında I yeri "İstək" liseyin şagirdi Əliyev Adnan, II yeri 207 saylı məktəbin şagirdi Teymurov Elnur, III yeri 177 saylı məktəbin şagirdi Abdullayev Tərlan, qızlar arasında isə I yeri 193 saylı məktəbin şagirdi Nəsibova Nigar, II yeri 177 saylı məktəbin şagirdi Abdullayeva Fidan və III yeri 291 saylı "Ekologiya" liseyin şagirdi Abdullayeva Səfurə tutmuşlar. 

Qeyd edək ki, turnirdə I, II və III yerləri tutan məktəblilər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən keçiriləcək şəhid Mahir Mirzəyevin doğum gününün 23-cü ildönümünə həsr edilmiş tədbirdə müvafiq dərəcəli diplom və medallar ilə təltif olunacaqlar.

 

printerçap versiyası

Baxılıb: 103

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1213

Partnyorlar