Xəbərlər

Azərbaycan birinciliyi qızların yarışı ilə start götürdü
17 fevral, 2017 16:16

Fevralın 17-19-da Şimal DRES qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçiriləcək 15 və 17 yaşadək (2000-2001-ci il təv. və 2002-2004-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi start götürüb. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.

Körpücük üzərinə ilk olaraq yeniyetmə qızlar çıxıblar. Onlar mütləq birincilikdə Sinkleyr cədvəli üzrə qələbə uğrunda mübarizə aparıblar.

Yaşı 15-ə qədər yeniyetmə qızların mübarizəsində Sumqayıt atleti Muxtarlı Günel adını qazanıb. O, toplam 74 kq (33+41) nəticə ilə 164.49 Sinkleyr xalı toplayıb və rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medala toplam 91 kq (40+51) nəticə və 153.16 xalla İmanova Fazilə, bürünc medala isə 115 kq (53+62) nəticə və 151.01 xalla Hüseynzadə Fidan sahib çıxıb.

Yaşı 17-yə qədər olan yeniyetmə qızların mübarizəsində isə Lənkəran atleti Səbinə Əzimova birinciliyi qalibi adına layiq görülüb. O, toplam 153 kq (65+88) nəticə ilə 228.77 Sinkleyr xalı toplayıb və qızıl medala sahib çıxıb. Sonrakı yerləri müvafiq olaraq toplam 139 kq (57+82) nəticə və 182.34 xalla Hüseynzadə Fidan və toplam 106 kq (45+61) nəticə və 158.49 xalla Fərəcova Şəfa tutub.

Yarışın keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.

http://www.aaaf.az/az%C9%99rbaycan-birinciliyi-qizlarin-yarisi-il%C9%99-start-goturdu/

*** 

Açılış mərasimi keçirilib

Fevralın 17-19-da Şimal DRES qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək (2000-2001-ci il təv. və 2002-2004-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib. Aparıcı zala toplaşanları salamladıqdan və yarış barədə məlumat verdikdən sonra növbə çıxışa çatıb.

Azərbaycan Gənclər və İdman Nazirinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti İsmayıl İsmayilov nitq söyləyərək həm təşkilatçılıq, həm də gələcək perspektivlər haqda fikirlərini bildirib. O, ağır atletlərimizin etimadı doğruldacağına inamını dilə gəirib: “Azərbaycanda idmanın inkişafının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz bu dahi şəxsiyyətin bu gün də davam etdirilən uzaqgörən siyasətinin nəticəsidir ki, Azərbaycan əsl idman ölkəsidir. Bunu həm yarışların özü, nəticələr, həm də həmin yarışların yüksək səviyyəli təşkilatçılığı ilə dəfələrlə sübut etmişik. Təsaüfi deyildir ki, hər il ölkəmizdə 50-yə yaxın Avrop və ünya səviyyəli, həmçinin digər beynəlxalq yarışlar ən yüksək səviyyədə təşkil olunur. Bunu hər kəs görür. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti, cənab İlham Əliyevin bu barədə bir sözü həmişə diqqətimizdədir: ya yarış ən yüksək səviyyədə keçiriləcək, ya da keçirilməyəcəkdir. Biz də bu tələbi özümüzə şüar kimi qəbul edir, bundan irəli gələn işləri həyata keçiririk.

Yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyi də təşkilatçılıq baxımından ən yüksək səviyyədədir. Əminəm ki, biz bu gün yarışda gələcəkdə böyük uğurlar əldə edəcək, perspektivli idmançıları izləyəcək, onların çıxışlarını alqışlayacağıq. Azərbaycan Ağır Atletika Federasiyası bu idman növünün inkişafı üçün bütün lazımi işləri görür. Kütləvilik əldə olunub, nəticələr də vaxt keçdikcə gəlməkdədir. Bu yarışın da keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir. İnanıram ki, bu ənənəvi birincilik də gənc və yeniyetmə atletlərimizin inkişafına təkan olacaq”.

Daha sonra İsmayıl İsmayılov yarışları açıq elan edib.

Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Bunun ardından yarış davam etdirilib.

 

http://www.aaaf.az/acilis-m%C9%99rasimi-kecirilib/

 

*** 

Azərbaycan birinciliyi başladı – AAAF TV/SÜJET

Fevralın 17-19-da Şimal DRES qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək (2000-2001-ci il təv. və 2002-2004-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi start götürüb. Ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak etdiyi yarışın açılış mərasimi də keçirilib. Bunlar barədə AAAF TV-nin hazırladığı süjeti sizə təqdim edirik:

https://www.youtube.com/watch?v=ItTkuLF53h4

printerçap versiyası

Baxılıb: 85

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1247

Partnyorlar