Xəbərlər

“Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği”
17 fevral, 2017 14:25

               Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkliatçılığı ilə 16 fevral 2017-ci il tarixdə İsmətli kənd tam orta məktəbdə “Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği”  mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan  İsmətli kənd tam orta məktəbin direktor müavini Fədail Əliyev tədbilin təşkilinə və əhəmiyyətinə görə məktəbin pedaqoji kollektivi və şagirdləri adından  Biləsuvar rayon Gənclər və İdman İdarəsinə  təşəkkürünü bildirdi.

              Tədbirdə çıxış edən  Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Təhsil şöbəsinin məsul işçisi Ağamməd Caniyev  bildirdilər  ki, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması indiki zamanda çox aktual məsələdir. Sağlam həyat tərzinin bir neçə amillə şərtləndirildiyini diqqətə çəkən natiqlər günə erkən başlamaq, normal səhər yeməyi, aktiv həyat tərzi, hər gün bol su içmək, idmanla məşğul olmaq, “fast-food” qidalardan istifadə etməmək, alkoqol, siqaret və narkotik maddələrdən uzaq durmaq, ifrat dərəcədə sosial şəbəkələrə bağlı olmamaq kimi məsələlərə aydınlıq gətirdilər.

           Tədbirdə “Sağlamlıq- Sağlam həyat tərzi” mövzusunda hazırlanmış videoçarx nümayiş etdirildi.

printerçap versiyası

Baxılıb: 102

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1213

Partnyorlar