Xəbərlər

Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız Xorvatiyada beynəlxalq turnirə yollanıb
11 yanvar, 2017 15:56

Samobor şəhərində 26-cı Xorvatiya Qran Prisində 27 idmançımız iştirak edəcək. 14-15 yanvar tarixlərində nüfuzlu yarış, fevralın ortaları Yeniyetmə və Gənclərin növbəti Avropa çempionatına hazırlıq xüsusiyyəti daşıyır.

     13-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət komandanın böyük məqçisi, əməkdar məşqçi Anar Allahverdiyev və onun köməkçisi, əməkdar məşqçi Qurban Tağıyev 16 idmançını sınaqdan keçirməyi qərara alıb. Yeniyetmələrdə Tale Yaqubov (-52 kq), Rəşid Həqiqətli (-57 kq), Tural Yaqubov (-63 kq), Fərid Şahbazlı (-70 kq), Mədinə Sadıqova (-47 kq) və Ayla Rzazadə (-54 kq), 16-17 yaşlı gənclərdə isə Həsən Əliyev (-55 kq), Hümmət Baxşəliyev (-61 kq), Ruslan Əhmədov (-68 kq), Murad Balakişiyev (-76 kq), Murad Hacızadə (+76 kq), Fidan Teymurova (-48 kq), İnci Əzizova (53 kq) və Bəsti İsmayılova (+58 kq) tatamiyə çıxacaq. 

     18-20 yaşlı gənclərin böyük məşqçisi, əməkdar məşqçi Şahin Xudaverdiyev isə Ülvi Qurbanov (-60 kq), Elcan Məmmədrzayev (-60 kq), Mirtaleh Əliyev (-67 kq), Vüsal Kamallı (-75 kq), Elman Babayev (-84 kq), Asiya Məlikova (-50 kq), Aytac Əliyeva (-55 kq) və Fəridə Əliyevaya (+68 kq) etimad göstərib.

     Kata yarışlarında milli komandanın böyük məşqçisi, əməkdar məşqçi Vahid Ayvazov və onun köməkçisi, əməkdar məşqçi Vüqar Kərimov isə kataçılardan Ceyhun İsmayılovla Emiliya Mitilimovanı 14-15 yaşlılar arasında, İbrahim Ağəlini 16-17 yaşlılarda, Həsən Rüstəmovu 18-20 yaşlılarda, Sahib Əhədovu yuxarı yaşlı fiziki qüsurlu idmançıların mübariəsində yoxlayacaq.

     Beynəlxalq hakim Vüqar Kərimovdan başqa, milli dərəcəli hakim Cavid Rəfiyev də təcrübəsini artırmaq üçün yarışı idarə edənlər arasında olacaq. İdmançılarımız ənənəvi Xorvatiya Qran Prisindən Bakıya ayın 16-da dönəcəklər. 

 

printerçap versiyası

Baxılıb: 104

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1247

Partnyorlar