Xəbərlər

Astarada Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni ilin gəlişi qeyd edildi
30 dekabr, 2016 14:28

29 dekabr 2016-cı il tarixdə Astara Gənclər Mərkəzində rayon Gənclər və İdman İdarəsi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilin gəlişi münasibətilə rayon gəncləri üçün bayram tədbiri keçirilmişdir.

Bayram tədbirinə rayon İcra Hakimiyyətinin baş məsləhətçiləri Mirzə Bayramov və Elşad Axundov, rayon Mədəniyyət Mərkəzinin direktoru Hacıbala Ramazanov, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara Bələdiyyəsinin sədri Aygül Məmmədova, YAP Gənclər birliyinin sədri Tural Eyvazov və başqa qonaqlar dəvət edilmişdirlər.

Tədbiri Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev açıq elan edərək, Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni ilin gəlişi münasibətilə bütün qonaqları təbrik etmiş, onlara yeni ildə fəaliyyətlərində, təhsillərində uğurlar, xalqımıza hər zaman  həmrəy olmağı arzulamışdır.

Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara Bələdiyyəsinin sədri Aygül Məmmədova, Suparibağ kənd orta məktəbinin müəllimi Kəmalə Nəsirova, YAP Gənclər birliyinin sədri Tural Eyvazov, GSİD İctimai birliyinin sədri Rövşən Bağırov, Astara Pedoqoji Kollecinin TGT-nın sədr müavini Ofelya Həsənovaya təbrik üçün söz verilmiş, onlar da gənclərə öz təbrik və tövsiyyələrini çatdırmışdırlar.

 Şaxta baba və qarqızın gəlişi tədbiri daha da şənləndirmişdir.

Gənclər üçün viktorinalar, karoeke, müxtəlif əyləncəli oyunlar təşkil edilmişdir.

Yeni ilin rəmzi tortu kəsilmiş, Mədəniyyət Mərkəzinin Cəlal Mədətovun rəhbəri olduğu “Sevinc” İnsturmental ansamblının ifasında şən müsiqi nömrələri səsləndirilmiş, gənclər rəqs etmişdirlər.

Sonda xatirə şəkli çəkilmişdir.

printerçap versiyası

Baxılıb: 216

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1214

Partnyorlar