Xəbərlər

“Dünya Azərbaycanlılarının Həmrəylik Günü” hərbi hissədə qeyd olundu
29 dekabr, 2016 16:31

      Gənclər və İdman Nazirliyi tərəfindən “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində “Vətənimə xidmət edirəm” adlı mədəni-kütləvi tədbir keçirilmişdir. 28 dekabr 2016-cı il tarixdə təşkil edilən tədbirdə Nazirliyin sektor müdiri Əli Məmmədov çıxış edərək, hərbi hissənin şəxsi heyətini əlamətdar gün münasibəti ilə təbrik etdi, müstəqil dövlətçiliyimizin inkişafı yolunda 2016-cı ildə ölkəmizdə həyata keçirilmiş mühüm işləri bir daha diqqətə çatdırdı, ordu quruculuğu proseslərindən, “Multikulturalizm İli” çərçivəsində görülmüş işlərdən və ictimai-siyasi proseslərdə gənclərin rolundan ətraflı danışdı. Daha sonra xidmətdə fərqlənən bir qrup əsgər və zabit Nazirlik tərəfindən mükafatlandırıldı, hərbi hissəyə idman ləvazimatları hədiyyə edildi. Rəsmi hissədən sonra gənc mügənnilərin ifasında şəxsi heyət üçün hazırlanmış konsert proqramı ilə tədbir yekunlaşdı.

printerçap versiyası

Baxılıb: 228

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1244

Partnyorlar