Xəbərlər

“31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr edilmiş mini futbol turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib
29 dekabr, 2016 15:52

29 dekabr 2016-cı il tarixdə Məktəb-Lisey Kompleksin futbol meydançasında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə Universitetin tələbələri arasında “31 dekabr  - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr edilmiş mini futbol üzrə rayon turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib.

Turnirin əsas məqsədi “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nü geniş şəkildə qeyd edilməsi, yeni nəslin sağlam ruhda böyüyüb tərbiyə olunması, ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, futbol idman növünün təbliğ olunması, gənclərimizin yüksək məqsədlər uğrunda mübarizə əzminin artırılmasından ibarətdir.

Tədbirdə  Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rəsul Həşimov və 40 nəfər fəal tələbələri iştirak etmişlər. 

Turnirin mükafatlandırma mərasismində çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov ölkə başçısı İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan danışaraq qalib komandaları və gəncləri “31 dekabr  - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və qarşıdan gələn “Yeni il” bayramı münasibətilə təbrik etmişdir.

Turnirin nəticələrinə görə I yerə Azərbaycan Dövlət İqtisad Universitetin “Qessabs” komandası, II yerə “Come back” komandası, III yerə  isə “Maliyyə” komandası layiq görülmüşlər.

Qaliblər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar ilə təltif olunmuşlar.

 

printerçap versiyası

Baxılıb: 312

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1244

Partnyorlar