Xəbərlər

Sumqayıtda Həmrəylik Günü və Yeni İl münasibətilə bayram tədbiri keçirildi
27 dekabr, 2016 11:06

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi 25 dekabr 2016-cı il tarixində Gənclər Evində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə bədii-əyləncəli bayram tədbir təşkil etmişdir.

Tədbirdə Gənclər Evi və şəhərin müxtəlif sahələrində könüllü olaraq çalışan gənclər, hökumət və qeyri-hökumət gənclər təşkilatları, ictimai birliklərin nümayəndələri iştirak etmişlər. İlk öncə iştirakçılara Baş İdarənin cari il ərzində həyata keçirdiyi tədbirlərdən ibarət foto-slayd təqdim edilmişdir.

Bayram tədbirində çıxış edən Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov ötən il ərzində Respublikamızda olduğu kimi Sumqayıtda da şəhər rəhbərliyinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq gənclərlə iş sahəsində həyata keçirilmiş tədbirlərdən, əldə edilmiş nəailiyyətlərdən danışmış, bu uğurların ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində əldə olunduğunu xüsusilə vurğulamış, iştirakçıları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl Bayramı münasibətilə təbrik etmişdir.

Tədbirin bədii hissəsində müxtəlif əyləncəli intelektual oyunlar keçirilmiş, yeniyetmə və gənclərin ifasında maraqlı musiqi və rəqs nümunələri nümayiş etdirilmişdir.

printerçap versiyası

Baxılıb: 83

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1278

Partnyorlar