Xəbərlər

Yola saldığımız ildə Azərbaycan idmançıları 800-dən çox medal qazanıblar
27 dekabr, 2016 15:50

Yola saldığımız ildə Azərbaycan idmançıları irimiqyaslı beynəlxalq turnirlərdə 837 medal qazanıblar. Bu medallardan 297-si qızıl, 250-si gümüş, 290-nı isə bürüncdür.

Bu sözləri gənclər və idman naziri Azad Rəhimov 2016-cı ilin idman yekunları ilə əlaqədar dekabrın 27-də keçirilən mətbuat konfransında deyib.

Azad Rəhimov qeyd edib ki, 2016-cı ildə respublikamızda fəaliyyət göstərən federasiyalarla birlikdə Azərbaycanda 200-dən çox yarış təşkil olunub. Cari ildə Azərbaycan 52 beynəlxalq turnirə yüksək səviyyədə ev sahibliyi edib.

Nazir deyib ki, müxtəlif idman növləri üzrə yığma komandaların hər biri 12 gündən az olmayaraq, 100-dən çox təlim-məşq toplanışında iştirak ediblər.

 

Gənclər siyasəti

 

  • 2016-cı il ərzində 150 tədbir keçirilib, onlardan 120 yerli,  30 isə beynəlxalq səviyyəli olmuşdur.

 

  • 228 nəfər xarici ölkələrə ezam olunmuş, 790 nəfər isə Azərbaycan Respublikasında qəbul edilmişdir

 

  • 29 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il olduğu kimi, bu il də Azərbaycan gənclərinin bir qrupu ilə görüş keçirmişdir

 

  •  Azərbaycan Gənclər günü ilə əlaqədar 2 fevral 2016-cı il tarixdə elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində fərqlənmiş 6 nəfər gəncə 10 000 manat (on min manat) məbləğində  "Gənclər üçün Prezident Mükafatı" təqdim edilmişdir. Qeyd edək ki, mükafat 2013-cü ildən təqdim edilir.
  • Gənclərin, xüsusilə də regionlarda yaşayanların inkişafı üçün böyük əhəmiyyəti olan "Gənclər evi"nin şəbəkəsi genişlənmişdir. 16 fevral 2016-cı il tarixdə Tovuz rayonunda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Gənclər evi”nin açılış mərasimi keçirilmişdir

 

  •  25 aprel Binəqədi rayonunda, 4 may tarixdə isə Gəncə şəhərində “Gənclər evi” istifadəyə verilmişdir. Bununla da "Gənclər Evi/Mərkəzi"nin sayı 39 çatmışdır 

 

  • 2002-ci ildə qəbul olunmuş “Gənclər siyasəti haqqında Qanun”a 2007-ci ildə “Gənclər ili” çərçivəsində bir sıra düzəliş və əlavələr edilib. Gənclərin yeni baxışlarını, yeni tələbləri nəzərə alaraq  hal hazırda Milli Məclisdə yaradılmış “Gənclər Komitəsi”ndə qanuna yenidən baxılır.

 

2016-cı il tarixlərdə keçirilən bir sıra tədbirlər:

 

  •  “Multikulturalizm - etnosların qarşıdurmasına yol verilməməsi məqsədi ilə dövlətin apardığı balanslaşdırılmış sosial - iqtisadi siyasətdir” mövzusunda  “Respublika Debat Gənclər Forumu”,

 

  • Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumun çərçivəsində “İnklyüziv cəmiyyətlərdə birgə yaşayış: çətinlik və məqsəd” devizi altında gənclər tədbiri keçirilib:

 

  • Forum zamanı 97 ölkədən 858 nəfər gənc "Mədəniyyətlərarası dialoq gənclərin gözü ilə" beynəlxalq fotomüsabiqəsinə qatılmış, 100 seçilmiş əsərdən ibarət sərgi keçirilmişdir.

 

  • Gənclərin ölkənin inkişafı haqqında məlumatını artırmaq məqsədi ilə: Şəmkir, Bərdə, Sabirabad, Quba rayonları, Lənkəran və Şəki şəhərlərində Qazax-Gəncə,  Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Aran, Quba-Xaçmaz,  Lənkəran və  Şəki-Zaqatala iqtisadi zonalarından olan fəal gənclərinin iştirakı ilə- 20-ə yaxın rayonda “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda regional Forumlar keçirilib

 

  • Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar Gəncə şəhərində "Tarixin canlı səhifələri adlı lV Gənclər Festivalı,

 

  • Gəncə şəhərində Türkdilli Dövlətlərin Gənclər Festivalı keçirilmişdir.

 

  • Gənclərin diplomatiya və beynəlxalq əməkdaşlıq sahəsində təcrübi bilik və bacarıqlarını artırmaq məqsədilə 350 nəfər gəncin iştirakı ilə Birinci Milli BMT Modeli Konfransı keçirilib.  

 

  • Gənclərin intellektual potensialının inkişafı və asudə vaxtının səmərəli təşkili məqsədi ilə   “İstedadların hazırlığı laboratoriyası” IV Respublika olimpiadasının on-line mərhələləri keçirilmişdir.
  • Ölkə üzrə 2500 nəfərdən artıq yeniyetmə texniki fənlər üzrə olimpiadada iştirak etmişdir

 

  •  “Znatokiada-2016” intellektual oyunlar üzrə beynəlxalq turnir keçirilmişdir. Turnirdə 12 ölkədən 51 komanda tərkibində 400-dək iştirakçı yarışdı
  •  “Soyqırımlara son” beynəlxalq konfransı keçirilmişdir. Müzakirələrdə Azərbaycan, Türkiyə, Özbəkistan, Gürcüstan, Moldova, İsrail və İrandan olan alim və tədqiqatçılar iştirak etmişdir

 

  • İstedadlı və yaradıcı gənclərin iştirakı ilə  aprel ayında "İslam dünyasının gənc (20 yaşadək) klassik musiqi ifaçılarının 5-ci Beynəlxalq müsabiqəsi" keçirilib. Yarışa 10 ölkədən 63 iştirakçı qatılıb.

 

  •  “Youthvision” Beynəlxalq mahnı müsabiqəsində 19 ölkədən 60 nəfər iştirakçı iştirak edib.  

 

  • VIII (8-ci) Beynəlxalq uşaq muğam festivalında 8 ölkədən 75 nəfər iştirakçı qatılıb.

 

  • Beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə iyul ayında “Azərbaycanda Belarus gəncləri günləri” keçirilmişdir.

 

  •  Argentina, Braziliya, Çexiya, Fransa, Hindistan, Litva, Meksika, Monteneqro, Ruminiya, Serbiya və Ukrayna-  11 Respublikasının gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda keçirilmiş esse yazı müsabiqəsinin 56 nəfər qalibi Azərbaycana səfər etmişdir

 

  • Bakı şəhərində Əlilliyi olan gənclərin “Şərq nağılı” Beynəlxalq yaradıcılıq Festivalı keçirilmişdir. Festivalda 7 ölkədən  200-dək  gənc iştirak etmişdir.

 

  • Gənclərin yay istirahətini təmin etmək məqsədilə Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində (Şüvəlan) növbə üzrə yay düşərgələrində aztəminatlı, qaçqın və məcburi köçkün ailələrindən olan, sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin iştirakı təmin edilmişdir.

 

  • Lənkəran şəhərində və Quba rayonunda “Azərbaycan doğma diyarımdır” adlı vətənpərvərlik yay-istirahət düşərgəsi keçirilmişdir.

 

  •  Qəbələ rayonunda arxeolojiDaşkəsən rayonunda istedadlı gənclərin “Yaradıcılıq emalatxanası” düşərgələri təşkil edilmişdir. Ümumilikdə düşərgələrdə 996 nəfər gənc iştirak etmişdir.

 

  • Yunanıstanda 7 ölkənin (Yunanıstan, Rusiya, Serbiya, Polşa,Türkiyə, İran və Azərbaycan)  iştirakı ilə keçirilmiş “Dionda Olimpiya” qədim dram, musiqi və atletika üzrə beynəlxalq gənclər toplantısında Azərbaycanın gənclərdən ibarət teatr truppaları Nizaminin əsərləri əsasında qoyulmuş "Xeyir və Şər" tamaşası ilə iştirak etmişdir.

 

  • Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində “Yeni nəsil: sərhədsiz məsuliyyət” adlı IV Rusiya-Azərbaycan Gənclər Forumu keçirilmiş, forumda ölkəmizdən gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə 21 nəfərlik nümayəndə heyəti iştirak etmişdir.

 

  • Gənclər arasında mədəni irsin təbliğ edilməsi məqsədilə “Sarı gəlin” layihəsi həyata keçirilmişdir.

 

  • Hesabat dövründə “Virtual Qarabağ” elektron kitabxanası və “Qarabağın geyimləri” elektron albomu hazırlanaraq təqdim edilmişdir.

 

 

İdman siyasəti

 

  • Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2016-cı il üçün təsdiq etdiyi tədbirlər planına əsasən respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə:

 

  •  ölkəmizdə 203 respublika yarışları
  • 52 beynəlxalq yarış keçirilmiş
  • 198 beynəlxalq yarışlarda ölkə yığma komandamızın iştirakı təmin olunmuşdur.

 

 

  • 2016-cı il ərzində dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında  297- qızıl, 250- gümüş  və 290- bürünc medal əldə edilmişdir. Cəmi: 837- medal

 

  • İdman növləri üzrə yığma komanda 12 gündən az olmayaraq 100-dən çox təlim-məşq toplanışlarında iştirak etmişdir.

 

  • Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı ilə Milli Paralimpiya Komitəsinin 20 illiyi ilə Azərbaycanda paralimpiya idmanın inkişafında xidmətlərinə görə :

1 nəfər “Dostluq” ordeni

1 nəfər Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdü

1 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə”

12 nəfər “Tərəqqi” medalı

20 nəfər isə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilmişdir.

 

 

  • XXXI Rio Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlərə görə

2 nəfər “Şöhrət” ordeni

 1 nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə”

  •  
  •  

18 nəfər “Tərəqqi” medalı

16 nəfər “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”

XV Paralimpiya Oyunlarının nəticələrinə görə

  •  
  •  

 8 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri

9 nəfər “Tərəqqi” medalı

1 nəfər isə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilmişdir.   

 

  • 2016-cı il ərzində  müxtəlif idman növləri üzrə 90 məşqçi-müəllimə ixtisas kateqoriyası verilmişdir.

 

  • O cümlədən 6 nəfər ali, 80 nəfər birinci, 4 nəfər ikinci kateqoriya almışdır

 

  • 35  nəfərə “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”

49 nəfərə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”

23 nəfərə “Azərbaycan Respublikasının əməkdar idman ustası”

10 nəfərə “Respublika dərəcəli hakim”  fəxri adları verilmişdir

156 nəfər isə İdman ustası normasını yerinə yetirmişdir

 12 nəfərə  isə dublikat vəsiqə verilmişdir.  

 

 

İdmançılarımızın iştirak etdikləri beynəlxalq idman yarışları

 

  • Boks üzrə Macarıstanın Debretsen şəhərində keçirilmiş beynəlxalq turnirdə idmançılarımız 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmışdır

 

  •   Bakı şəhəri Milli Gimnastika Arenasında idman gimnastikası və batut gimnastikası üzrə dünya kuboku yarışları keçirilmişdir

 

  • Cüdo idman növü üzrə böyüklərdən ibarət yığma komanda Rusiyanın Kazan şəhərində keçirilmiş Avropa çempionatında iştirak etmişdir. Çempionatda idmançılarımız 1 qızıl və 1 gümüş medal qazanmışdır.

 

  •  Bakı şəhərində cüdo idman növü üzrə  Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi “Grand-Slam” beynəlxalq turniri keçirilmişdir. Nəticədə idmançılarımız 2 bürünc medal əldə etmişdir.

 

  •  Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Naxçıvan Open-2016” beynəlxalq şahmat festivalı keçirilmişdir

 

  • Qırqızıstan Respublikasının Çolpon-Ata şəhərində Ümumdünya “Köçəri Oyunları”nda keçirilmişdir  Azərbaycan nümayəndə heyəti   55 nəfərdən ibarət heyət ilə   bu oyunlarda iştirak etmişdir.  Azərbaycan Respublikası 9 idman növü üzrə 38 idmançı  ilə təmsil olmuşdur

İdmançılarımız  4 qızıl, 4 gümüş və 7 burunc medal qazanaraq 62 ölkə arasında medal sayına görə 15-cimedal sayına görə isə  5-ci yeri tutmuşdur.

 

  • Qəbələ şəhərində güllə və stend atıcılığı üzrə gənclər arasında  dünya kuboku keçirilmişdir. Yarışda 31 ölkənin 281 nəfər idmançısı iştirak etmişdir

 

  • 42-ci Ümumdünya Şahmat Olimpiadası keçirilmişdir. Olimpiadada 175 ölkədən 181 kişi və 142 qadın komandaların 1600-dən çox üzvü, bundan əlavə yüzlərlə komanda kapitanları və məşqçilərin, digər rəsmi nümayəndələrin, 193 hakimin və FİDE rəsmiləri iştirak etmişdir

 

  • Rusiya Federasiyasının Saxa (Yakutiya) Respublikasında Beynəlxalq Olimpiya Komitəsinin, YUNESKO-nun, habelə Asiyanın Olimpiya Şurasının dəstəyi ilə “Asiya uşaqları” VI Beynəlxalq İdman Oyunları keçirilmişdir.   Bu Oyunlarda   31 idmançımız iştirak etmişdir və idmançılarımız 16 medal qazanmışdır. Bunlardan 9-u qızıl (1 cüdo, 2 sərbəst güləş, 2 taekvondo, 4 atletika növlərində), 4-ü gümüş (1 boks, 3 cüdo), 3-ü bürünc  (1 sərbəst güləş, 2 atletika) medal olmuşdur.

 

  • Bakı şəhərində bədii gimnastika üzrə dünya kuboku keçirilmişdir. Yarışda 20 ölkənin 130 yaxın idmançısı iştirak etmişdir.

 

  • Xorvatiyanın  Zaqreb şəhərində taekvondo üzrə böyüklərdən ibarət yığma komanda «Croatia Open» beynəlxalq turnirdə iştirak edərək 1 qızıl, 4 bürnc medal əldə etmişdir.

 

  • XXXI Rio Yay Olimpiya Oyunlarında 17 idman növündə 56 nəfər idmançımız  mübarizə aparmışdır. Rio Olimpiya Oyunlarında 56 idmançı ilə çıxış edən həmyerlilərimiz 18 medal əldə etmiş, bunlardan 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanıblar. Medalların keyfiyyətinə görə 39-cu, medalların sayına görə isə 15-ci yerləri tutmuşdur. Bununla da yığma komandamız öz tarixində yeni rekorda imza atmışlar.

 

  • Brazilyanın paytaxtı Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında  Milli Paralimpiya  komandası 6 idman növündə, 22 idmançı və 2 liderlə təmsil olunmuşdur. Onlardan 11 nəfəri ilk dəfə olaraq Paralimpiya Oyunlarında iştirak edənlərdir. Milli komandamız uğurlu nəticə göstərərək 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medal qazanmışdır. Paralimpiya yığmamız medalların ümümi sayına görə iştirakçı ölkələr arasında 33-cü, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri arasında 6-cı, MDB ölkələri arasında isə 3-cü yerə çıxmışdır.

 

2017-ci ildə keçiriləcək oyunlar

 

  • 12-22 May İslam Ölkələrinin Həmrəylik Oyunları

 

  • Formula 1 Grand Prix turniri

 

  • Qadinlar arasında voleybol üzrə Avropa çempionatı

 

Olimpiya İdman Kompleksləri

 

Hal hazırda Ağcabədi və Abşeron rayonlarında Olimpiya İdman Kompleksləri tikilməkdədir. Ölkəmizdə 41 OİK fəaliyyət göstərir

 

Beynəlxlaq əlaqələr siyasəti

 

  •  Beynəlxalq əlaqələr şöbəsi gənclər və idman sahələrində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə BMT, Avropa Şurası, İslam Əməkdaşlığı Təşkilatı, GUAM, MDB və digər beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrin gənclər və idman siyasəti ilə məşğul olan dövlət orqanları ilə işi davam etdirmişdir.

 

Nazir Azad Rəhimovun səfərləri

 

  •  Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında iştirak etmək məqsədi ilə İsveçrə Konfederasiyasının Lozanna şəhərinə  səfəri. İclasda Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilmişdir.

 

 

-           Dubayda keçirilmiş “3-cü idman ictimaiyyəti mükafatı”nın təqdimat mərasimində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliyinə səfər

 

  • Türkiyə Respublikasının  İstanbul şəhərində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gənclər və idman məsələlərinə məsul nazirlərinin 1-ci iclası keçirilib

 

İclasda Azərbaycanda 2016-cı ildə Gənclər Festivalının,  2017-ci ildə Türk Şurasının gənclər və idmana məsul nazirlərinin növbəti iclasının  və 2018-ci ildə Türkdilli Dövlətlərin Universitet İdman Oyunlarının (Türk Universiadası) keçirilməsi təklif edilmişdir.

 

  • Braziliyada   keçiriləcək XXXI  Yay Olimpiya və  XIV Paralimpiya Oyunları üçün 21 aprel tarixdə olimpiya məşəlinin alovlandırlma mərasimində və digər tədbirlərdə  iştirak etmək üçün  Yunanıstana səfər

 

Səfər zamanı Yunanıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyində görüş keçirilmişdir. Görüşün sonunda Yunanıstan tərəfinin təqdim etdiyi “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Yunanıstan Respublikasının Mədəniyyət  və İdman Nazirliyi arasında idman sahəsində  əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır.

 

  •  “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında gənclər və idman sahələrində  əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsini və   İki ölkə arasında gənclər və idman sahələrindəki mövcud məsələləri müzakirə etmək  üçün Qətər Dövlərinin mədəniyyət və İdman nazirinin bu ilin iyun ayında ölkəmizə səfəri üçün rəsmi  dəvət  məktubu hazırlanaraq göndərilmişdir

 

  • “Azərbaycan Respublikası Hökuməti ilə Malta Respublikası Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Saziş”  Malta Respublikasının xarici işlər nazirinin Bakıya səfəri çərçivəsində  imzalanmışdır

 

  • Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında gənclər və idman sahələrində  əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsi ölkədaxili prosedurdan keçirilərək qarşı tərəfə təqdim edilmişdir.

 

  • Çexiya Respublikasının Təhsil, Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Razılaşma sənədi ölkə daxili prosedur üçün hazırlanır;

 

  • BMT Rezident Əlaqələndiricisi,  Fransa,  Avstriya,  Gürcüstan, İndoneziya, Böyük Britaniya və İordaniya  Krallığının Azərbaycandakı səfirləri ilə görüşlər təşkil edilmişdir. Görüş zamanı  ikitərəfli əməkdaşlıq məsələləri barədə müzakirələr olmuşdur.

 

  • Macarıstanın Budapeşt şəhərində keçirilmiş    Avropa Şurasının İdmana məsul Nazirlərinin 14–cü Konfransında iştirak. Konfrans çərçivəsində “Avropa Şurasının futbol oyunları və digər  idman tədbirləri zamanı  təhlükəsizlik,  mühafizə və xidmət məsələlərinə  vahid yanaşma ilə bağlı Konvensiyası”na qoşulması üçün sənədə imza atılıb. 

 

  •  

 

Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin “Bədən tərbiyəsi və idman  təşkili” bölməsi üzrə 2016-cı il:

 

  • Cəmi- 11 473 506 (on bir million dörd yüz yetmiş üç min beş yüz altı)

 

  • Azərbaycan Respublikası Gənclər və idman nazirliyi: 10 626 615 (on milyon altı yüz iyirmi altı min altı yüz on beş)

 

Azərbaycan Respublikası Gənclər və idman nazirliyinin “Gənclər siyasəti” bölməsi üzrə 2016-cı il xərclər smetası

 

  • “Gənclər siyasəti bölməsi üzrə” cəmi: 9 986 061 (doqquz milyon doqquz yüz səksən altı min altmış bir manat)
  • Gənclər və idman nazirliyi: 9 185 507 (doqquz milyon yüz səksən beş min beş yüz yeddi)

 

 

 

Regionlarla iş sektoru

 

 

  • 2016-cı ildə Göygöl , Quba (2 dəfə), İsmayıllı (2 dəfə), Göyçay (2 dəfə), Biləsuvar (2 dəfə), Şirvan, Cəlilabad və Sumqayıtda vətəndaşları qəbul dib.

 

  • Qəbulda ümumilikdə 400-ə yaxın vətəndaş iştirak edib.

 

Müraciətlər :

  • Gənclər sahəsi: QHT yaratmaq üçün dəstək, layihələrin maliyyələşdirilməsi, beynəlxalq təlimlərdə iştirak, Gənclər Mərkəzləri və s (120-ə yaxın)

 

  • İdman sahəsi: Fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idman avadanlıqlarının verilməsi, beynəlxalq yarışlarda iştirak və s (100-ə yaxın)

 

  • Tikinti sahəsi ilə : Gənclər Mərkəzləri, Olimpiya İdman Komplekslərinin və digər idman quröularının tikintisi və təmiri və s (90-a yaxın)

 

  • Digər mövzular: ipoteka kreditlərinin verilməsi, iş ilə təminat, şəxsi məsələ, sahibkarlığın inkişafı ilə bağlı kreditin verilməsi və s

 

  •  

 

  • 2016-cı ilin noyabr ayında ölkədə “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında”  Azərbaycan Respublikasının Qanunu gəbul edilmişdir.

 

  • Bununla əlaqədar olaraq, adı çəkilən Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr (tarixli 1158 nömrəli)  Fərmanının 4-cü maddəsinə əsasən ölkədə “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin yaradılmasının  və onun dövlət qeydiyyatına alınmasının təmin edilməsi  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə tapşırılmışdır.

 

  • Yuxarıda  qeyd  olunanları  nəzərə  alaraq,  tərəfimizdən “Azərbaycan Milli Antidopinq Agentliyipublik hüquqi şəxs yaradılmış və 23 dekabr 2016-cı ildə  dövlət qeydiyyatına alınmışdır.

 

printerçap versiyası

Baxılıb: 288

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1245

Partnyorlar