Xəbərlər

Karate üzrə rayon birinciliyi
26 dekabr, 2016 14:45

25 dekabr 2016-cı il tarixdə İsmayıllı Olimpiya İdman Kompleksində  “31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə yeniyetmələr və gənclər  arasında karate üzrə rayon birinciliyi keçirildi.

Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq iştirakçıları salamladı, qarşıdan gələn bayramlar münasibətilə hər kəsi təbrik etdi, həmrəyliyimizin tarixindən geniş bəhs etdi,idmançılara qələbə sevinci arzuladı.

İsmayıllı Olimpiya İdman Kompleksinin təlimatçısı Anar Həsənov da öz növbəsində Həmrəylik günü münasibətilə iştirakçıları təbrik etdi.

50 idmançının mübarizə apardığı yarışda müxtəlif çəki dərəcəsində qaliblər oldu. Qaliblərin hər biri  rayon gənclər və idman idarəsinin  diplom və medalları ilə təltif edildi.

printerçap versiyası

Baxılıb: 171

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1215

Partnyorlar