2010-09-02 09:05
Komandaların Dünya çempionatında iştirak edəcək heyəti
6-12 sentyabr 2010-cu il tarixdə Moskvada sərbəst, qadın və yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya çempionatı keçiriləcək. Çempionatda ölkəmizin hər üç yığma komandası mübarizə aparacaq. Proqrama əsasən sentyabrın 6-7-8-də yunan-Roma güləşçiləri, 8-9-10 sentyabrda qadın güləçiləri, 10-11-12-də isə sərbəst güləşçilər ən güclüləri müəyyənləşdirəcək.
2010-09-01 14:21
AGF prezidenti beynəlxalq yarışlarda uğur qazanmış idmançılar, onların məşqçiləri və valideynləri ilə görüşüb
Avqustun 31-də Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov Sinqapurda keçirilmiş yeniyetmələrin I Yay Olimpiya Oyunları, gənclərin Macarıstanın Budapeşt şəhərində təşkil olunmuş dünya birinciliyi və yeniyetmələrdən ibarət sərbəst, yunan-Roma və qadın güləşi üzrə Bosniya-Hersoqovinanın paytaxtı Sarayevoda keçirilmiş Avropa birinciliyinin mükafatçıları, onların məşqçiləri və valideynləri ilə görüşmüşdür.
2010-08-27 12:19
Vətənpərvər gənclər Balakəndə toplaşdı
15-24 avqust 2010-cu il tarixdə Gənclər və İdman Nazirliyi tərəfindən Balakən rayonunda hərbi vətənpərvərlik düşərgəsi keçirilmişdir. Düşərgədə orta məktəb şagirdləri arasında keçirilmiş hərbi-idman oyunlarının iştirakçıları iştirak etmişlər.
2010-08-26 10:36
Radoslav Kutsev Sinqapur olimpiadasında yenə 6-cı yeri tutdu
Azərbaycanlı avarçəkən Radoslav Kutsev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında kanoe slalom növündə də 6-cı yeri tutub. Kutsev ilk dəfə yarışdığı kanoe slalom növündə 8 ən güclünün yer aldığı ¼ final mərhələsini adlaya bilməyib.
2010-08-23 11:07
Sergey Bezuqlıy – Maksim Prokopenko dueti sprinter məsafəsində 8-ci oldu
Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe qayıqlarında avarçəkmə üzrə dünya çempionatına 200 metr məsafəyə final yürüşləri ilə yekun vurulub. Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət duet sprinter məsafəsi üzrə həlledici mərhələ yürüşündə 8-ci yeri tutub.
2010-08-23 11:01
Dünya çempionatında ilk medal
Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe qayıqlarında avarçəkmə üzrə dünya çempionatında Azərbaycan milli komandası ilk medalını qazanıb. Ölkəmizi təmsil edən Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 500 metr məsafəyə final yürüşündə gümüş medala sahib çıxıb.
← Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 11 Növbəti →