Fərhad Məcid oğlu Hacıyev

Hacıyev Fərhad 1980-ci ildə Sumqayıt şəhərində anadan olub.

1995-ci ildə Azərbaycan Universitetinə daxil olmuş, 1999-cu ildə həmin universitetin Beynəlxalq  münasibətlər  ixtisasının  bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 1999 - 2001-ci illərdə Azərbaycan Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsi  üzrə  təhsil   alaraq  həmin  pilləni   fərqlənmə  diplomu  ilə  bitirmişdir. 2005-ci  ildə   Azərbaycan   İqtisad   Universitetinə   daxil  olmuş,   2007-ci  illdə  həmin universitetin “İqtisadiyyat və idarəetmə” istiqamətinin maliyyə ixtisası üzrə magistr pilləsini fərqlənmə  diplomu  ilə  bitirmişdir. 2008-ci  ildə  Harvard  Universitetində   hökümətdə çalışan  yüksək  rütbəli  məmurlar  üçün  kursu  bitirmişəm.  2013-cü ildə  fəlsəfə  doktoru elmi dərəcəsinə yiyələnmişdir.

       2000-2001-ci illərdə  Azərbaycan  Respublikası  Gənclər Təşkilatları  Milli  Şurasının  şöbə müdiri,  məclis sədri,  baş katibi  vəzifələrində  işləmişdir.  2001-ci  ildə Azərbaycan Respublikası  Gənclər, İdman və Turizm Nazirliyində bölmə müdiri vəzifəsində, 2002-2011-ci illərdə bölmə müdiri vəzifəsində işləmişdir. 2011-2018 - ci  illərdə  Azərbaycan  Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru vəzifəsində işləmişdir. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan  Respublikası  Prezidentinin   Sərəncamları  ilə  2011-ci  ildə  “Dövlət qulluğunda   fərqlənməyə   görə”   medalı,    2015-ci ildə   “Azərbaycan   Respublikası  Prezidentinin  fəxri diplomu" ilə təltif edilmişdir.

Ailəlidir.

Fərhad Məcid oğlu Hacıyev

Nazir müavini