Xəbərlər
Dərc edilib:18.05.2017 20:18
Baxışlar:201

Kamran Şahsuvarlı gümüş medala sahib olub

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında Azərbaycan yığması daha bir medal qazanıb. Komandamızın 4-cü mükafatı Kamran Şahsuvarlının adına yazılıb. 

75 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya Oyunlarının mükafatçısı gümüş medalla kifayətlənib. O, finalda qazaxıstanlı Tursinbay Kulahmetə məğlub olub. 

Bu çəki dərəcəsində bürünc medallara isə Vilfred Seyintsenque (Kamerun) və Yuness Qarrumi (Mərakeş) yiyələniblər.