Xəbərlər
Dərc edilib:18.05.2017 20:17
Baxışlar:32

Tamerlan Abdullayev ikinci yerlə kifayətlənib

IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında Azərbaycan millisi daha bir medal qazanıb. Yığmamızın aktivinə 3-cü mükafatı Tamerlan Abdullayev yazdırıb.

69 kq çəki dərəcəsində qüvvəsini sınayan 25 yaşlı idmançı İslamiadanı gümüş medalla başa vurub. Abdullayev həlledici görüşdə özbəkistanlı Bobo-Usman Baturova məğlub olub. 

Qeyd edək ki, ondan öncə Cavid Çələbiyev (60 kq) qızıl, Tayfur Əliyev (56 kq) bürünc medal qazanıb.