Xəbərlər
Dərc edilib:18.05.2017 18:12
Baxışlar:86

Yığmamız İslamiadada ilk qızıl medalı qazanıb

IV İslam Həmrəyliyi Oyunlarını çərçivəsində keçirilən boks yarışlarında final görüşlərinə start verilib. Azərbaycan millisinin üzvlərindən ilk olaraq rinqə Cavid Çələbiyev (60 kq) çıxıb. 

25 yaşlı dünya çempionumuz iraqlı Ammar Karbalai ilə üz-üzə gəlib. Döyüş Çələbiyevin qələbəsi ilə başa çatıb. O, yığmamıza ilk qızıl medalı qazandırıb. 

Boksçumuza mükafatı Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib. 

Bununla da millimizin rəsmiləşən mükafatlarının sayı 2-yə çatıb. Çələbiyevdən öncə Tayfur Əliyev (56 kq) bürünc medala yiyələnib.