Xəbərlər
Dərc edilib:18.05.2017 17:56
Baxışlar:98

Yığmamızın ilk medalı rəsmiləşib

IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında Azərbaycan millisinin ilk medalı rəsmiləşib. Ölkəmizə mükafatı 56 kq çəki dərəcəsində yarışan Tayfur Əliyev qazandırıb. 

Bir gün öncə yarımfinalda uduzan idmançımızın 3-cü yer tutacağı həmin vaxt dəqiqləşsə də, yalnız finaldan sonra rəsmiləşib. Belə ki, həlledici qarşılaşma yekunlaşdıqdan sonra həm qızıl və gümüş mükafatın sahibi bəlli olub, həm də bürünc qazananların medalı onların hesabına yazılıb. 

Boksçumuza mükafatı IV İslam Həmrəyliyi Oyunlarının katibi Könül Nurullayeva təqdim edib. 

Qeyd edək ki, 56 kq çəki dərəcəsində çempion adına özbəkistanlı Abdulxay Şaraxmetov layiq görülüb. O, finalda türkmənistanlı Yakub Meredova qalib gəlib. Digər bürünc medalı isə Mohammad Alvadi (İordaniya) qazanıb.