Xəbərlər
Dərc edilib:18.05.2017 16:25
Baxışlar:495

Respublika Olimpiya İdman Liseyi 2017-2018-ci tədris ili üçün şagird qəbulu elan edir

Lisey xüsusi qabiliyyəti olan şagirdləri aşağıda qeyd olunan idman bölmələri üzrə V sinifə qəbul edir:

1. Sərbəst güləş 
2. Yunan-Roma güləşi
3. Cüdo 
4. Futbol
5. Boks
6. İdman gimnastikası 

Liseyə qəbul edilən şagirdlər dövlət hesabına yeməklə, respublikanın rayonlarından qəbul edilənlər isə yataqxana ilə təmin olunurlar.

Liseyin Azərbaycan və rus bölmələri var.

Liseyə daxil olmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Direktorun adına ərizə;
2. Valideynin şəxsiyyət vəsiqəsinin əsli və surəti
3. Şagirdin  şəxsiyyət vəsiqəsinin (doğum haqqında şəhadətnamənin) əsli və surəti
4. Sağlamlıq haqqında arayış - forma 086;
5. Oxuduğu məktəbdən arayış
6. Yaşayış yerindən arayış
7. 3x4 sm ölçüdə fotoşəkil- 2 ədəd


Ərizələr may ayının 1-dən iyun ayının 15-dək qəbul edilir.

16 - 30 iyun - normativ imtahanları

Dərslər sentyabrın 15-dən başlanır.

LİSEYİN ÜNVANI: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 68 (E.Xəlilov 37)        Əlaqə telefonu   012 429-75-49 

Liseyə metronun “Neftçilər” stansiyasından 78N:li avtobusla gəlmək olar.


Liseyin rəhbərliyi