Xəbərlər
Dərc edilib:18.05.2017 16:20
Baxışlar:38

Gənclər Təşkilatları Milli Şurası İslam İnkişaf Bankı Qrupunun Gənclər Sammitində təmsil olunub

15-16 may 2017-ci tarixlərdə Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov Səudiyyə Ərəbistanda keçirilmiş İslam İnkişaf Bankı Qrupunun (İİBQ) Gənclər Sammitində iştirak edib. "Gənclərin sosial-iqtisadi inkişafda iştirakı: İİBQ üzv Dövlətlərdə gənclərin  inkişaf baxışının formalaşdırılmasına doğru" mövzusunda keçirilən Sammitdə 57 üzv ölkənin dövlət rəsmiləri, ali təhsil müəssisələrin nümayəndələri, gənc sahibkarlar, gənclər təşkilatlarının rəhbərləri və digər nümayəndələr iştirak edib. 

2 gün davam etmiş tədbirdə İİBQ-yə üzv dövlətlərin gənclərinin imkanları və Səudiyyəyə Baxış 2030-un həyata keçirilməsi üçün Səudiyyə gənclərinin iştirakı və yardımı ilə bağlı panel sessiyalar keçirilib. Tədbir zamanı müxtəlif regionlardan olan gənc qruplarının İİBQ-yə üzv dövlətlərin inkişaf gündəliyini təşkil edən "Gənclər  Dərnəkləri"-nin sessiyaları təşkil olunub. Sammitdə həmçinin, gənclərin  təhsili, iqtisadi inkişaf və məşğulluğu kimi mövzular ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, Sammitdən sonra müzakirələr nəticəsində hazırlanan hesabat 18 may tarixində İİBQ  İdarəçilərin  İclası Şurasına  təqdim olunmuşdur.

Məlumat üçün qeyd edək ki, ölkənin vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.