Xəbərlər
Dərc edilib:21.04.2017 15:05
Baxışlar:16

Sumqayıtın gənc “Şahin” ləri Finala vəsiqə qazandılar

20 aprel 2017-ci il tarixində Qusar rayonu “N” saylı hərbi hissədə “Şahin” hərbi idman oyunun Quba-Xaçmaz zonası üzrə birinciliyi keçirilib. Sumqayıt şəhər, Siyəzən, Abşeron, Xaçmaz, Quba, Şabran, Xızı və Qubadlı rayonlarının iştirak etdiyi zona yarışına dövlət himninin səsləndirilməsi ilə start verilib.
Sumqayıt şəhərini təmsil edən Təbiət Eləmləri Təmayüllü Gimnaziyanın komandası ən yüksək nəticə göstərərək I, Xaçmaz II, Quba  rayonu isə III yerə layiq görülüb. Qalib “Şahinlərə” Gənclər və İdman Nazirliyinin diplom və  kubokları hədiyyə edilib.
Qeyd edək ki, qaydalara uyğun olaraq I, II yerləri tutan komandalar Respublika finalında iştirak etmək hüququ qazanıblar.