Xəbərlər
Dərc edilib:09.10.2019 13:47
Baxışlar:68

"Müasir Gənclərin İnkişafına Dəstək"

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Lənkəran şəhər İcra Hakimiyyəti təşkilati dəstəyi və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran bölgə şöbəsinin tərəfdaşlığı ilə 8 Oktyabr 2019-cu il tarixində Lənkəran şəhər Gənclər Evində "Müasir Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən "Milli maraqların müdafiəsində sosial şəbəkələrin rolunun artırılması" layihəsi çərçivəsində seminar seminar təşkil edildi.

Tədbirdə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi və idarə əməkdaşları, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsinin şöbəsi üzrə nümayəndəsi, Lənkəran Dövlət Universiteti,Lənkəran Tibb Kolleci və Lənkəran Peşə Liseyinin tələbə heyyəti, və digər ictimai fəal olan ümumilikdə 62 nəfər gənc iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Gənclər və İdman idarəsinin rəisi Yalçın Əhmədov bildirdi ki, ölkədə və regionlarda həyata keçirilən dövlət gənclər siyasəti Lənkəranda da uğurla həyata keçirilməkdədir.Natiq həmçinin gənclərə rəhbərlik etdiyi idarənin təyinatı, gənclər üçün həyata keçirilən və gələcəkdə keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat verməklə“Milli maraqların müdafiəsində sosial şəbəkələrin rolunun artırılması” layihəsinin də olduqca əhəmiyyətli olduğunu gənclərin diqqətinə çatdırdı.Daha sonra çıxış edən “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Mehman Əliyev donor təşkilat- QHT Şurası və təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək, layihənin məqsədi və qarşıda duran vəzifələr haqqında söz açdı. O həmçinin gəncləri aktiv şəkildə tədbirin gedişatında iştirak etməyə səslədi.Birliyin sədri həmçinin ölkədə həyata keçirilən islahatlara dəstək olmağın, təkan verməyin və bunu davamlı olaraq öz fəalliyyətləri ilə təbliğ etməyin nəinki hər bir Azərbaycan gəncinin, eləcə də hər bir ölkə vətəndaşının borcu ali vətəndaşlıq missiyası olduğunu qeyd etdi.
Daha sonra layihə eksperti, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev sosial şəbəkələr və vətəndaş cəmiyyəti, sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri, milli maraqlarımıza zidd və dini radikalizmi təbliğ edən sosial şəbəkə istifadəçilərinə qarşı mübarizə tədbirləri, milli maraqların müdafiəsinə xidmət edən həştəqlərdən fəal istifadə və s. Mövzularda haqqında seminar iştirakçılarını məlumatlandırdı.
Tədbirdə qonaq qismində iştirak edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsinin şöbəsinin əməkdaşı Emin Həmidli çıxış edərək bu gün ölkədə mövcud olan dövlət-din münasibətlərindən, eləcə də sosial şəbəkələrdə dini radikalizmi təbliğ edən paylaşım və çağırışlar haqqında geniş şəkildə məlumat verərək, həmin paylaşımlara qarşı hər bir ölkə vətəndaşının vətəndaşlıq mövqeyini ortaya qoyaraq milli maraqların müdafiəsi baxımından iştirakının vacibliyini vurğuladı.
Seminar iştirakçıları ilə müzakirə şəraitində keçən görüşdə iştirakçılardan Nilufər Mahmudzadə, Vəfa Şərbətova, Coşqun Alışzadə, Vüsal Kazımov, Ağakişi Baloğlanlı və digərləri çıxış edərək mövzunun aktuallığını qeyd edərək gəncləri ölkəmizin milli maraqlarının qorunması, zərərli ideologiyaların təsirindən müdafiə olunmasında fəal iştiraka səslədilər.
Layihənin həyata keçirilməsində məqsəd milli maraqların müdafiəsini ictimaiyyət arasında təbliğ etmək, gəncləri zərərli ideologiyaların və müxtəlif formalarda fəaliyyət göstərən radikal, ekstremist cərəyanların təsiri altına düşməkdən qorunmasına dəstək olmaq və Azərbaycan həqiqətlərinin sosial media vasitəsi ilə beynəlxalq ictimaiyyətə çatdırmaqdan ibarətdir.