Xəbərlər
Dərc edilib:08.10.2019 13:35
Baxışlar:93

Sumqayıtda “Ssenari nədir, necə yazılmalıdır” mövzusunda təlim keçirilib

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Gənclər Klubunun təşkilatçılığı ilə Gənclər Evində rejisor-senarist Ozal Abbasov tərəfindən “Ssenari nədir, necə yazılmalıdır” mövzusunda təlim keçirilib. Məqsəd gənclərin bu sahədə biliklərə yiyələnmələri, qabiliyyəti olan gənclərin aşkara çıxarılması, onlara öz bacarıqlarını nümayiş etdirə bilmələri üçün şərait yaradılması və asudə vaxtlarının səmərəli keçirilməsi olub. Təlimçi ssenarinin yazılış qaydaları, süjet xətti, müxtəlif janrlar üzrə filmlərin ssenarisin tərtibatı barədə biliklərini iştirakçılarla bölüşüb.

Təlimdə maraqlı müzakirələr aparılıb və gəncləri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.