Xəbərlər
Dərc edilib:14.08.2019 16:10
Baxışlar:94

“12 avqust Beynəlxalq Gənclər Günü” nə həsr olunmuş açıq rayon birinciliyi keçirilib

             Bərdə rayon Gənclər və İdman  İdarəsinin təşkilatçılığı ilə, 10-11 avqust 2019-cu il tarixlərdə Bərdə Olimpiya İdman Kompleksində “12 avqust Beynəlxalq Gənclər Günü” nə həsr olunmuş yeniyetmələr və gənclər arasında  kyokuşinkaykan karate və ciyutaido idman növü üzrə açıq rayon birinciliyi keçirilib.

Yarışda 6 şəhər və rayondan  76 idmançı iştirak etmişdir.

         Yarışın yüksək səviyyədə keçirilməsi və yarışın idarə edilməsi üçün aşağıdakı tərkibdə      hakimlər briqadası təsdiq edilib:  

 1.Rəsulov Pərviz Fazil oğlu            – baş hakim,respublika dərəcəli hakim

   2.Məmmədov Rəşid Mütallim oğlu  – hakim, respublika dərəcəli hakim

   3.İmanov Yavər Sərdar  oğlu          -  hakim, respublika dərəcəli hakim

   4.Əkbərov Qahir  Xəligüllah oğlu     -  hakim, respublika dərəcəli hakim

   5.Alıyev  İntizam Firuddin oğlu        -  hakim

         Turniri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin rəis müavini Aydın Qasımov açaraq, idmançıları qarşıdan gələn 12 avqust - Beynəlxalq Gənclər Günü münasibəti ilə təbrik etdi. O, qeyd etdi ki,1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin aparıcı xəttini də məhz bu mühüm konsepsiya təşkil edir.

            Yarışın keçirilmə zamanı heç bir əsasnamə pozuntusu olmamışdır.
          
           Qaliblər Gənclər və İdman idarəsinin  müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.