Xəbərlər
Dərc edilib:14.08.2019 10:26
Baxışlar:61

“Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir Xaçmaz rayonunda keçirildi

 

“Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və  Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 10 avqust 2019-cu il tarixdə Xaçmaz rayonunda keçirilmişdir.

Tədbirdə  Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər  Futbol  Federasiyasının prezidenti  Rauf  Əliyev, Millət vəkilləri Siyavuş Novruzov, Eldar İbrahimov, İlham Əliyev, Xanhüseyn Kazımlı, Yevda Abramov, Azər Badamov, Respublika YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Xaçmaz Rayon Təşkilatının sədri Nazim Ağayev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov və digər qonaqlar iştirak etmişdir.

Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, və digər qonaqlar çıxış edərək qeyd etdilər ki, bu layihənin keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Daha sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilmişdir. Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.