Xəbərlər
Dərc edilib:11.06.2019 15:05
Baxışlar:71

Biləsuvar rayonunda 15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirildi

11 iyun 2019-cu il tarixdə Biləsuvar Gənclər Evində 15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması  ilə başladı.
Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad  Quliyev, Rayon İcra Hakimiyyətinin məsul işçisi Cavid Əliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə gəncləri təbrik edərək, bildirdilər ki, Azərbaycan xalqı müstəqilliyini əldə etdiyi ilk illərdə çox ağır dövr yaşayıb. Hökm sürən siyasi gərginlik, vətəndaş müharibəsi təhlükəsi ölkəni iqtisadi böhrana sürükləmişdi. Belə ağır dövrdə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev ölkədə sabitliyə nail ola bildi. Azərbaycan qısa zamanda iqtisadi sabitlik və inkişafa qədəm qoydu.   1993-cü il iyunun 15-də xalqımızın azadlığının, dövlətçiliyimizin müqəddəratının həll edildiyi bir vaxtda ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq çətin və şərəfli xilaskarlıq missiyası nəticəsində Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas edərək onu gələcəyə inamla irəliləyən güclü və sabit bir dövlətə çevirib. Ümummilli Liderin Azərbaycanın dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən böyük ehtiram və minnətdarlıq hissi ilə xatırlanır.
Sonda 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş olundu.