Xəbərlər
Dərc edilib:15.05.2019 13:20
Baxışlar:113

Nazir müavinləri İntiqam Babayev Lənkəranda, İsmayıl İsmayılov isə Lerikdə vətəndaşları qəbul edəcək

        Gənclər və idman nazirinin müavini İntiqam Babayev mayın 17-də Lənkəran şəhərində Lənkəran, Astara şəhər, rayon sakinlərini, nazir müavini İsmayıl İsmayılov Lerik rayonunda Lerik rayon sakinlərini qəbul edəcəklər.   
        Qəbul saat 11:00-da Lənkəran şəhərində  Lənkəran  Olimpiya İdman Kompleksində (Lənkəran şəhəri, ŞİH-nin yaxınlığı), Lerik rayonunda Lerik Mədəniyyət Mərkəzində (Lerik şəhəri, Arzuman Əsədullayev küçəsi 24, RİH-nin yaxınlığı) başlanacaq.
        Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.


Lənkəran 051-5053030


Astara 055-7890334; 051-4320110


              Lerik                       050-568-49-23