Xəbərlər
Dərc edilib:14.05.2019 17:35
Baxışlar:196

Şahmat idman növü üzrə rayon birinciliyi keçirilmişdir

06-14  may 2019-cu  il  tarixlərdə  Salyan  rayon  Gənclər  və  İdman İdarəsinin  təşkilatçılığı  və Salyan  rayon  Uşaq   Gənclər  İdman  Şahmat  Məktəbinin  dəstəyi  ilə Rayon  Uşaq   Gənclər  İdman  Şahmat  Məktəbində  Ümummilli  Lider  Heydər  Əliyevin  anadan  olmasının   96-cı  ildönümünə  həsr   edilmiş  şahmat  idman   növü   üzrə  rayon  birinciliyi  keçirilib.

Ümummilli  Lider  Heydər  Əliyevin   xatirəsini  yad  etmək  və  rayon  şahmat  idman  oyununu  inkişaf  etdirmək  məqsədi  ilə   keçirilən  rayon  birinciliyində  yarışan  şahmatçılar  8  yaş qrupunda  mübarizə  aparıblar.  80  nəfər  şahmatçının  iştirak  etdiyi  yarışda  hər yaş qrupu  üzrə  I,  II və  III  yerlər  müəyyənləşdirildi. 

Rayon  birinciliyinin  qalibləri  və  fərqlənmiş  iştirakçılar  Salyan  rayon  Gənclər  və  İdman İdarəsi  tərəfindən diplomlarla  təltif   edildilər.  Qalibləri  təltif   edən  Salyan  rayon  Gənclər  və  İdman İdarəsinin  rəisi  Araz  Hüseynov  şahmatçıları  təbrik edib, ölkəmizdə  yüksək  intellektli  şahmatçıların  yetişdirilməsi  və  onların potensiallarının  üzə  çıxarılması  istiqamətində aparılan  məqsədyönlü  işlərdən  söz  açdı.  Rayon  birinciliyinin  qaliblərinə  gələcək  yarışlarda  uğurlar   arzuladı.