Xəbərlər
Dərc edilib:19.04.2019 14:53
Baxışlar:176

Cəlilabad rayonundakı “N” saylı hərbi hissədə “Şahin” hərbi-idman oyunları üzrə zona birinciliyi keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən Fuad Ələkbərov, Cəlilabad rayon Gənclər və İdman idarəsinin, Ombudsmanın Regional Mərkəzinin,“N” saylı hərbi hissənin zabitləri, Qarabağ qaziləri, şəhid ailələri, ağsaqqallar şurasının, təhsil şöbəsindən nümayəndələr tədbirdə iştirak ediblər. 
Çıxış edənlər zona birinciliyində iştirak edən müxtəlif rayonlardan gəlmiş komandaların üzvlərinə uğurlar arzulayıblar. Bildirilib ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməkdən ibarətdir. 

Yarışın nəticələrinə əsasən, birinci yerə Salyan rayonunun, ikinci yerə Astara rayonunun, üçüncü yerə isə Lənkəran rayonunun komandaları layiq görülüblər.
Sonda qalib komandalar Gənclər və İdman Nazirliyinin fəxri fərmanları ilə təltif olunublar.