Xəbərlər
Dərc edilib:19.03.2019 16:20
Baxışlar:176

“Həyatla oyun” tamaşası nümayiş etdirildi

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq  bəndinə əsasən gənclərin sağlam həyat tərzi ilə bağlı maarifləndirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi aidiyyəti təşkilatların üzərinə vəzifə kimi qoyulmuşdur. Bu məqsədlə, Gənclər və İdman Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komiyyasının təşəbbüsü və dəstəyi ilə Bakı Uşaq Teatrı tərəfindən hazırlanmış “Həyatla oyun” tamaşası cari ilin mart ayı ərzində Azərbaycan Turizm  Menecment, Memarlıq və İnşaat, Kooperasiya, Neft və Sənaye Universitetlərində, Bakı Ali Neft Məktəbində, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilmişdir. 
Tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq və yeni metodlar vasitəsilə məlumatlandırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa yoluxucu xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. Tamaşanın nümayişi gənclərin sağlam həyat tərzi seçmələri üçün çox təsirli təbliğat vasitəsidir. Tamaşada hadisələr real həyatdan götürülmüşdür.