Xəbərlər
Dərc edilib:19.03.2019 10:15
Baxışlar:112

"Xəmsə" Milli İntellektual Oyunu üzrə Novruz bayramına həsr olunmuş Gənc əsgərlər arasında "Bahar Kuboku" adlı birincilik keçirilmişdir

18 mart 2019-cu il tarixdə Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsində, Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən "Xəmsə" Milli İntellektual Oyunu üzrə Novruz bayramına həsr olunmuş Gənc əsgərlər arasında "Bahar Kuboku" adlı birincilik keçirilmişdir. Birincilikdə Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsindən "Sərhədçilər" , "İstiqlal", Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından "Mübariz" , "Qartal", Fövqəladə Hallar Nazirliyinin  Mülkü Müdafiə Qoşunlarından "Xilasediclər" və "Turan" komandaları iştirak edirdilər. Dövlət Sərhəd Xidmətininin Lənkəran Sərhəd Dəstəsi ilə tanışlıq məqsədilə, ilk olaraq bir qrup gəncin və digər qoşunların əsgərlərinin iştirakı ilə hərbi hissəyə ekskuriya olundu. Daha sonra birincilik Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu.Tədbiri giriş sözü ilə Hərbi hissə komandirinin Şəxsi heyyət üzrə müavini polkovnik-leytenant Tural Kərimli açaraq, Dövlət Sərhəd Xidmətinin yaranma tarixindən, təyinatından danışmaqla belə maarifləndirci tədbirlərin mütamadi olaraq əsgərlər arasında keçirilməsinin  əhəmiyyətindən danışdı. Daha sonra çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev bildirdi ki, tədbir cənab Prezident İlham Əliyevin 15 sentyabr 2017- ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021- ci illərdə” Dövlət Proqramından irəli gələn məslələrin icrasını təmin etmək məqsədilə gənclərin, eləcə də gənc əsgərlərin asudə vaxtını səmərəli təşkil etmək, onlar arasında fikir mübadiləsi aparılmasına şərait yaratmaq,eləcə də Azərbaycanın taixini,mədəniyyətini, etnoqrafiyasını, ədəbiyyatını onlara təbliğ etmək məqsədi daşıyır.Sonra Lənkəran İntellektual Klubun sədri Famil Məmmədov birinciliyin reqlamenti və oyun qaydaları haqqında komandaları ətraflı şəkildə məlumatlandırdı.Gərgin keçən oyunun son nəticələrinə görə Dövlət Sərhəd Xidmətininin Lənkəran Sərhəd Dəstəsinin “sərhədçilər” komandası I, Fövqəladə Hallar Nazirliyinin  Mülkü Müdafiə Qoşunların “Xilasedicilər” komandası II, Dövlət Sərhəd Xidmətininin Lənkəran Sərhəd Dəstəsinin “İstiqlal” komandası isə III yeri əldə etmişdir. Qalib gəlmiş komandalar Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin diplomları və birinciliyin kuboku ilə təltif olunmuşdur.