Xəbərlər
Dərc edilib:19.03.2019 10:25
Baxışlar:160

Cəlilabadda şahmat idman növü üzrə rayon birinciliyi keçirilib

14-15 mart 2019-cu il tarixlərində  Cəlilabad rayon UGİŞM - də yeniyetmələr arasında Novruz bayramına həsr olunmuş şahmat idman növü üzrə rayon birinciliyi keçirilib. Yarış 12 idmançının iştirakı ilə  dairəvi sistem əsasında keçirilib və I, II ,III yerləri tutan şahmatçılar rayon Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunublar.