Xəbərlər
Dərc edilib:14.03.2019 19:00
Baxışlar:191

Ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında breyn-rinq intellektual oyunu üzrə Nərimanov rayon turniri keçirilib

14 mart 2019-cu il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə R.Behbudov adına mahnı teatrında tələbələr arasında breyn-rinq intellektual oyunu keçirilib.
Yarışmanın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehnin inkişafını stimullaşdırmaq, onlar arasında biliklərin və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkil etməkdən ibarətdir.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov və 78 nəfər tələbə iştirak etmişdir.
Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov bütün yarış iştirakçıları salamladılar, qarşıdan gələn “Novruz” bayramı münasibəti ilə təbrik etdilər və iştirakçılara uğurlar arzuladılar.
Keçirilən intellektual oyunda 13 ali və orta ixtisas təhsil müəssisələrinin (Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Kooperasiya Universiteti, “Təfəkkür” Universiteti, “Bakı Avrasiya” Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Əmək və Sosial Müdafiəsi Akademiyası,  Bakı Biznes və Kooperasiya Kolleci, Bakı Humanitar Kolleci) tələbələrindən ibarət komandalar iştirak etmişdir. Onlardan I yeri Bakı Dövlət Universitetinin komandası, II yeri Azərbaycan Texniki Universitetinin komandası, III yeri Azərbaycan Universitetinin komandası və IV yeri “Bakı Avrasiya” Universitetinin komandası tutmuşdur. 
Qalib gələn komandalar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal və kubok ilə təltif olunmuşlar.