Xəbərlər
Dərc edilib:14.03.2019 17:50
Baxışlar:89

“Şahin” hərbi-idman oyununun rayon birinciliyi yarışları keçirilib

Martın 14-də Siyəzən şəhər stadionunda rayon tam orta məktəblərinin VIII və X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyununun rayon birinciliyi yarışları keçirilib. Siyəzən rayon Gənclər və İdman idarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsi, Fövqaladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi və Təhsil şöbəsi tərəfindən birgə təşkil olunan birincilik “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin  icrasının təmin edilməsi, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, şagirdlərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi və yarışın zona mərhələsində iştirak edəcək komandanın müəyyənləşdirilməsi məqsədi daşıyıb. Əsasnaməyə uyğun olaraq iştirakçı komandalar müxtəlif mərhələlər üzrə bacarıqlarını nümayiş etdiriblər. Ən yüksək nəticə ilə I yeri qazanan Böyük Həmyə kənd tam orta məktəbin komandası  “Şahin” hərbi-idman oyununun Sumqayıt şəhərində keçiriləcək zona mərhələsində iştirak etmək hüququ əldə edib. Yarışı şəhər 1 saylı tam orta məktəbin komandası II,  Gil-gilçay qəsəbə tam orta məktəbin  komandası isə III yerdə başa vurub. Yer tutan komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən fəxri fərmanlarla təltif olunublar.