Xəbərlər
Dərc edilib:09.02.2019 20:10
Baxışlar:140

Avropa çempionatında qızıl medalların sayı üçə çatıb

Əminağa Quliyev (şəxsi məşqçisi Elnur Həsənov, milli komanda məşçisi Anar Allahverdiyev) Azərbaycan karateçilərinin Avropa çempionatında qızıl medallarının sayını üçə çatdırıb. 
Keçirdiyi beş görüşdə rəqiblərə cəmi bir xal verən Ə.Quliyev (-61 kq), 16-17 yaşlı gənclər arasında qitə çempionu olub. Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Avropa Karate Federasiyasının (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib. 
Ondan bir gün əvvəl isə R.Heydərov (kata) və Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, kumite -63 kq) qızıl medal, Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, kumite -57 kq) isə bürünc mükafat qazanıb. 
14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclərdə isə 11-ci qitə çempionatında 51 ölkədən 1092 idmançı iştirakı edir.