Xəbərlər
Dərc edilib:11.01.2019 15:27
Baxışlar:165

Qəhrəmanlıq tariximiz-20 yanvar

Suraxanı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Suraxanı Gənclər Evində gənc məktəblilər arasında 20 yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş "Qəhrəmanlıq tariximiz-20 yanvar" inşa yazı müsabiqəsi keçirilmişdir.

Müsabiqənin keçirilməsində əsas məqsəd vətəndaşlıq və vətənpərvərlik hisslərinin  gücləndirilməsi, Azərbaycanın şanlı tarixinin təbliği və gənclərin öz fikir və düşüncələrinin yazılı şəkildə ifadə etmə bacarıqlarının nümayiş etdirməsidir.