Xəbərlər
Dərc edilib:11.01.2019 11:50
Baxışlar:33

"20 Yanvar qan yaddaşımızdır!"

11 yanvar 2019-cu  il tarixdə saat 1000  da İsmayıllı rayon  Gənclər  Mərkəzində İsmayılı rayon Gənclər və İdman İdarəsi və İsmayıllı  rayon Təhsil Şöbəsi ilə  birgə  “20 Yanvar-Ümumxalq Hüzn Günü”nə həsr olunmuş "20 Yanvar qan yaddaşımızdır!" mövzusunda məktəblərin yuxarı sinif şagirdləri arasında rəsm  müsabiqəsi keçirildi. 
       Tədbiri giriş sözü ilə Gənclər və İdman İdarəsinin  rəisi Taleh Salehov  açaraq iştirakçıları salamladı, Qanlı “20 Yanvar” gününün tarixi barədə iştirakçılara geniş məlumat verdi.Rayon Təhsil Şöbəsinin metodisti Məmmədov Rəşid,Əhən məktəbinin direktoru Cəbiyev Qorxmazda   iştirakçıları salamlayaraq “20 Yanvar” barədə  danışdıqdan sonra,rəsm  müsabiqəsi barədə iştirakçıları məlumatlandırdı.Verilən bir saat ərzində gənclər öz fikir və duyğularını rəsm tablosuna  köçürdülər.
    18 məktəbdən 36 şagirdin iştirak etdiyi rəsm  müsabiqəsinin nəticələri yoxlama komissiyasının rəyi əsasında bəlli oldu.
Birinci yerə Quşencə kənd orta məktəbin 9-cu sinif şagirdi İsrailova Bənövşə
Ikinci yerə 6 saylı Tam orta məktəbin 5-ci sinif şagirdi  Əliyev Seymur
Üçüncü yerə Buynuz kənd tam orta məktəbin 9-cu sinif şagirdi  Yaqubova Rəbiyyə tutmuşdur.
Rəsm müsabiqəsində yer tutmuş şagirdlər Gənclər və İdman İdarəsinin diplom və hədiyyələrlə mükafatlandırıldı.