Xəbərlər
Dərc edilib:10.01.2019 15:55
Baxışlar:219

Azadlığa gedən yol

10   yanvar  2019-cu  il  tarixdə  Salyan  rayon  Gənclər  və  İdman  İdarəsi  tərəfindən  Salyan  rayon  2  saylı  tam  orta  məktəbin  kitabxanasında  Salyan  rayon  İcra  Hakimiyyəti  və  Azərbaycan  Respublikası  Gənclər  və  İdman  nazirliyi tərəfindən  razılaşdırılmış  və  Salyan  rayon  Gənclər  və  İdman  İdarəsi  tərəfindən  təsdiq   edilmiş  iş  və  tədbirlər  planına  əsasən  20  Yanvar  hüzn  gününə  həsr  edilmiş  rayon  ümumtəhsil  məktəbləri  arasında  “Azadlığa  gedən  yol”  adlı  şeir  və  rəsm  müsabiqəsi  keçirilmişdir.   İlk  olaraq  20  Yanvar  şəhidlərinin xatirəsi  bir  dəqiqəlik  sükutla  yad edildi.  
Daha sonra çıxış  edən  Salyan  rayon  Gənclər  və  İdman  İdarəsinin  rəisi  Araz  Hüseynov  xalqımızın qan  yaddaşı olan  20  Yanvar  faciəsi haqqında  tədbir  iştirakçılarına məlumat  verərək bildirdi ki,  20  Yanvar qırğını nə qədər faciəli olsa da, xalqın iradəsini, milli azadlıq uğrunda mübarizəsini qıra bilmədi. Azərbaycanın tarixinə parlaq səhifə yazdı, milli azadlığımız, müstəqilliyimiz üçün yol açdı.  
Şəhidlərimizin xatirəsi daim ehtiramla anılır. Çünki şəhidlik adını almaq ölməzlik zirvəsinə ucalmaqdır.  Məhz bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. 
Hələ Ulu Öndər Heydər  Əliyevin sağlığında bu tarix ölkəmizdə Ümumxalq Hüzn Günü elan edilmişdir.  Məhz onun təşəbbüsü ilə Şəhidlər Xiyabanında "Əbədi məşəl" möhtəşəm abidə kompleksi ucaldılmışdır.  Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, 1994-cü il mart ayının 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.
Daha  sonra  çəkimiş  rəsm  işlərindən  ibarət  sərgiyə baxış keçirən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi  Araz Hüseynov   və  Salyan  Dövlət  Rəsm  Qalereyasının   direktoru  İman  Mustafayev   nümayiş etdirilən rəsmlərlə yaxından tanış oldu.  Münsiflər  heyətinin qiymətləndirmələrinə  əsasən  şeir  və  rəsm  müsabiqəsinin  qaliblər  müəyyən  edildi.
Münsiflər  heyətinin  qərarına  əsasən  şeir  müsabiqəsində  III  yeri  Sarvan kənd tam  orta məktəb,  II  yeri  Kürqaraqaşlı  kənd  tam orta  məktəb,  I  yeri  isə 4  saylı  tam  orta  məktəb qazandı.  2  saylı  tam orta məktəb,   Aşağı  Noxudlu  kənd  tam orta  məktəb  və  Seyidsadıqlı kənd  tam  orta  məktəb  şeir müsabiqəsinin  fərqlənmiş  iştirakçıları seçildilər.
Rəsm   müsabiqəsində  III  yeri 4  saylı  tam  orta  məktəb,  II  yeri  8  saylı  tam  orta  məktəb,  I  yeri  isə Aşağı  Noxudlu  kənd  tam orta  məktəb  qazandı,  Quyçu  kənd  ümumi  orta  məktəb,  Sarvan kənd  tam  orta  məktəb, 6  saylı tam  orta  məktəb  və  Aşağı  Kürkənd  kənd tam  orta  məktəb rəsm  müsabiqəsinin  fərqlənmiş  iştirakçıları seçildilər.
Qaliblər  və fərqlənmiş iştirakçılar Salyan  rayon  Gənclər  və  İdman  İdarəsi  tərəfindən  diplom  və  hədiyyələr ilə  təltif  edildilər.