Xəbərlər
Dərc edilib:06.12.2018 16:10
Baxışlar:35

“Day of children” turnirində qızıl medal qazanan Astaralı idmançı ilə görüş keçirildi

21-22 noyabr 2018 ci il tarixində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində kiçikyaşlı yeniyetmə güləşçilər arasında “Day of children” adlı ənənəvi beynəlxaq turnir keçirilib. Komanda yarışı xarakterli turnirdə ölkəmizi sərbəst və yunan-Roma güləşi üzrə kiçikyaşlı yeniyetmələrdən ibarət yığma komandamız təmsil edib. 
Sevindirici haldır ki, yığma komandanın tərkibində  astaralı idçmançı Ramik Heybətov da iştirak etmiş və 48 kq çəkidə  komanda üzrə III yerə, fərdi yarışda isə bütün rəqiblərinə qalib gələrək turnirin ən  yüksək pilləsinə layiq görülmüşdür.
Qeyd edək ki astaralı idmançı Ramik Heybətov  ilk görüşdə erməni rəqibini məğlub etmişdir.
06 dekabr 2018-ci ildə Astara Rayon İcra Hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev idmançımızı və onun məşqçisi, Astara Olimpiya İdman  Kompleksində məşqçi-müəllim kimi fəaliyyət göstərən  Nizami Axundovla görüşmüş, ölkəmizdə cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən idmana göstərilən diqqət və qayğıdan geniş bəhs etmiş və bildirmişdir ki,  rayon idmançılarımızın qələbələri idmanın inkişafına göstərilən diqqətin bariz nümunəsidir. 
Yeniyetmə idmançımız Ramik Heybətov və məşqçisi Nizami Axundov onlara göstərilən diqqətə görə Qəzənfər Ağayevə öz minnetdarlıqlarını bildirmiş və bu cür qələbələrin davamlı olacağını söyləmişlər.
Sonra idmançımız və  məşqçisi Rayon İcra Hakimiyyəti başçısı cənab Qəzənfər Ağayev tərəfindən fəxri fərmanla təltif olunmuşlar.
 06 dekabr 2018-ci il tarixdə həmçinin Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev idmançımız Ramik Heybətov və onun məşqçisi Nizami Axundovla idarədə görüş keçirmiş və qeyd etmişdir ki, ölkəmizdə həyata keçirilən idman siyasətinin tərənnümü olaraq  belə zəfərlər yaşamaq bütün rayon sakinləri üçün çox arzu olunan və fərəh hissi doğurur. Yeniyetmə idmançımıza öz tövsiyələrini verən Ərçə Əliyev onları bir daha təbrik etmiş və  gələcək həyatlarında uğurlar arzulamışdır.