Xəbərlər
Dərc edilib:08.11.2018 15:10
Baxışlar:30

Şəkidə voleybol və atletika idman növləri üzrə şəhər birinciliyi keçirmişdir

“Məktəblər arasında respublika çempionatı” çərçivəsində ümumtəhsil məktəblərinin (qızlar) komandaları arasında Şəki şəhər 10№-li tam orta məktəbin idman zalında voleybol idman növü üzrə şəhər birinciliyi keçirmişdir.
Yarışda 8 komanda- 5,7,8,10,14, ,20№-li,Qoxmuq kənd,Dəhnə kənd 2 №-li məktəbin komandaları iştirak etmişlər. Yarışı giriş sözü ilə Gənclər İdman İdarəsinin rəisi Vüqar İskəndərov açaraq açaraq iştirakçıları salamlamış onlara uğurlar arzulamış, voleybol idman növünün Şəki üçün olan keçmiş bu günkü və gələcək potensialından danışaraq bu idman növündə geniş kütləviliyə nail olmaq üçün öz tövsiyyələrini vermişdir. 
Gərgin idman mübarizəsi şəraitində keçən yarışın sonunda Dəhnə kənd 2 №-li tam orta məktəbin komandası I yer, 8 №-li tam orta məktəbin məktəbin komandası II yer , 20№-li tam orta məktəbin komandası III yerləri tutmuşlar. Yarışın yekununda mukafatlandırma olmuş və qalib komandalar diplomlarla mukafatlandırılmışlar.