Xəbərlər
Dərc edilib:08.11.2018 14:50
Baxışlar:20

“9 noyabr - Dövlət Bayrağı günü”nə həsr olunmuş “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda şeir müsabiqəsi keçirilmişdir

07 noyabr  2018-ci il tarixdə  Bərdə rayon  Təhsil şöbəsinin akt zalında  Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı  ilə   rayonun  orta məktəb şagirdləri  arasında  “9 noyabr - Dövlət Bayrağı günü”nə həsr olunmuş “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda    şeir müsabiqəsi keçirilmişdir.Müsabiqədə   8  şəhər və   5  kənd məktəblərindən    31   nəfər şagird iştirak etmişdir.       
        Müsabiqənin yüksək səviyyədə keçirilməsi və qaliblərin müəyyən edilməsi üçün 5 nəfərdən ibarət münsiflər heyəti təyin edilmişdir.      
        Münsiflər heyətinin qərarına əsasən qaliblər aşağıdakı kimi müəyyənləşdirilmişdir:
         I yer – Camalzadə Ayşən Kamil qızı   - Bərdə şəhər N.Nərimanov adına şəhər  3№li  tam orta məktəbin   11a  sinif şagirdi
          II yer- Əlizadə Onur Seymur oğlu - Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin 4   sinif şagirdi    
          II yer – Ələsgərova Aylin Xəqani qızı -   Bərdə şəhər  F.Muradov adına  7№li tam orta məktəbin 1 sinif şagirdi
         III yer – Əliyev  Nurlan Rövşən oğlu  – Kətəlparaq kənd tam orta məktəbin 5b sinif şagirdi
         III yer – Abdullayev Xəyal Azər oğlu - Şəhid Alı adına 5№li tam orta məktəbin 8a sinif şagirdi
        Qaliblərə Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli Diplomları təqdim edilmişdir.