Xəbərlər
Dərc edilib:08.11.2018 14:10
Baxışlar:16

Ismayıllıda məktəblilər arasındarayon birinciliyinə start verildi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Məktəb İdmanları Federasiyasının  birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq İsmayıllı rayonu üzrə məktəblilər arasında Atletika, Voleybol, Basketbol və Şahmat idman növü üzrə rayon birinciliyinə 05 noyabr 2018-ci il tarixdən İsmayıllı şəhər 3 nömrəli məktəb liseydə  başlanılmışdır.
 İsmayıllı rayon Gənclər və İdman idarəsinin  rəisi Taleh Salehov tədbiri açıq elan etmişdir.Rayon Təhsil şöbəsinin metodisti İlham Vahabov çıxış edərək keçirilən yarışın məqsədi haqqında danışmış və komandalara uğurlar arzulamışdır.  07 noyabr 2018-ci ildə keçirilən məktəblər arası(7-9-cu siniflər)valeybol yarışında,1-ci yeri Qalıncaq,2-ci yeri Quşencə,3-cü yeri 3 nömrəli,4-cü yeri 1nömrəli məktəbləri tutmuşdular.