Xəbərlər
Dərc edilib:12.10.2018 17:20
Baxışlar:50

Binəqədi rayon orta ümumtəhsil məktəbləri arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirildi

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 09-11oktyabr 2018-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın icrasına uyğun olaraq və 18 Oktyabr – “Dövlət Müstəqilliyi Günü”nə həsr edilmiş “Xəmsə” Milli İntellektual Oyununun rayon mərhələsi keçirilmişdir.  9-11-ci sinif şagirdlərinin yarışdığı oyunda komandanın tərkibi 5 əsas və 1 nəfər ehtiyat oyunçudan ibarət olmuşdur.
Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova 18 Oktyabr – “Dövlət Müstəqilliyi Günü” münasibətilə gəncləri təbrik etmiş, onlara təhsildə uğurlar və yüksək nailiyyətlər qazanmağı arzulamışdır. “Xəmsə” Milli İntellektual Oyununun aparıcısı Elmidar Süleymansoyun komandaları oyunun qaydaları ilə tanış etməsindən sonra intellektual yarışmaya start verilmişdir. 
09 oktyabr 2018-ci il tarixində keçirilən oyunda 16 məktəb arasında 115, 205, 299, 313   №-li tam orta məktəbin komandaları, 11 oktyabr 2018- ci il tarixində keçirilən yarışlarda isə 83, 217, 244, 297 №-li tam orta məktəbin komandaları  yarımfinala yüksəlmişlər. 
15 oktyabr 2018-ci il tarixində 115, 205, 299, 313, 83, 217, 244, 297 №-li tam orta məktəblərin komandaları yarımfinal və final uğrunda yarışacaqlar. Birinci yerə layiq görülmüş məktəbin komandası Binəqədi rayonunu yarışmanın Bakı şəhər mərhələsində təmsil edəcəkdir. Məktəblərimizə uğurlar arzulayırıq!