Xəbərlər
Dərc edilib:08.08.2018 18:00
Baxışlar:143

“Beynəlxalq Gənclər günü” münasibətilə dama oyunu üzrə rayon birinciliyi

Avqustun 8-də Gənclər Mərkəzində Siyəzən rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 12 Avqust “Beynəlxalq Gənclər günü” münasibətilə dama oyunu üzrə rayon birinciliyi keçirilib. Yarış yeniyetmələrin stolüstü oyunlara marağının artırılması və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb. Yarış iştirakçıları olimpiya sistemi üzrə mübarizə aparıblar. Oyunların yekun nəticəsinə əsasən yarışda Rəfiyev İsmayıl I, Cəfərov Anar II, Məcidov Elmir isə III yeri tutub. Hər üç yerin sahibi idarə tərəfindən fəxri fərmanlarla təltif ediliblər.