Xəbərlər
Dərc edilib:12.07.2018 15:00
Baxışlar:33

Tələbələrin iştirakı ilə arxeoloji düşərgə təşkil edilib

Gənclər və idman Nazirliyi tərəfindən Azərbaycan Milli elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə 10 iyul 2018-ci il tarixdən etibarən  Lerik rayonunun Gürdəsər qəsəbəsində ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə arxeoloji düşərgə təşkil edilib. 
20 İyul tarixinədək davam edəcək arxeoloji düşərgə 2012-ci-ildən etibarən ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə  gənclər və idman nazirliyi  tərəfindən gerçəkləşdirilir. 
Düşərgələrin keçirilməsində məqsəd - gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara Azərbaycan tarixi haqqında əyani olaraq geniş məlumat verməkdir. 
        Hər il olduğu kimi, bu il də düşərgədə müxtəlif ali təhsil müəssisəsindən olan tələbələr iştirak edəcəkdir.        
            Düşərgədə iştirak etmiş gənclərə Gənclər və İdman nazirliyi tərəfindən sertifikatlar təqdim ediləcəkdir.
           Qeyd edək ki, düşərgələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın müvafiq bəndini (Gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək), “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.5.6 bəndinin (Yay tətili müddətində ali və orta ixtisas təhsili müəsissələri tələbələrinin iştirakı ilə arxeoloji və digər ixtisas qrupları üzrə təcrübə düşərgələrinin təşkil edilməsi) uyğun olaraq gerçəkləşir.