Xəbərlər
Dərc edilib:09.07.2018 17:35
Baxışlar:148

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş bələdiyyə komandaları arasında futbol üzrə rayon birinciliynin Məlumatı

03 may  2018–ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi      perespektiv iş planına uyğun olaraq Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş bələdiyyə komandaları arasında futbol üzrə rayon birinciliyinə start vermişdir. 
       Yarış Beynəlxalq futbol qaydalarına uyğun olaraq dairəvi sistemdə keçirilmişdir.Yarışa 11 bələdiyyə komandası qoşulmuş və 3 futbol meydançasında  (İsmayıllı şəhər aşağıbaş, Hacıhətəmli kəndi və Mollaisaqlı kəndi) keçirilmişdir. Yarışın final mərhələsi isə 06 iyul  2018-ci il tarixdə İsmayıllı şəhər stadionunda  keçirilmişdir. Yarışın bağlanışında Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov  çıxış edərək Ulu Öndərin yürütdüyü uğurlu siyasətdən bəhs edərək, gənclərə və idmançılara göstərdiyi diqqət və qayğıdan, verdiyi dəyərdən danışdı. Bu siyasətin indi də Prezidentimiz İlham Əliyev cənablarının-Ulu Öndərin layiqli davamçısı tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırdı. Yarışlarda iştirak edənlərə  yaxından dəstək olanlara və hakimlərə öz minnətdarlığını bildirdi  və idmançılara uğurlar arzuladı. Tədbirdə RİH-nin başçısının I müavini R.Ağayev,PTM-nin direktoru Z.Muradov və digər idarə müəsisələrin rəhbərləri iştirak ediblər.
Yarışda I yerə Hacıhətəmli, II yerə Babadağ və III yerə Xanagah komandaları layiq görülmüşlər. Sonda qalib komandalar və hakimlər gənclər və idman idarəsinin diplom,kubok,kitab,qol saatı və pul mükafatı ilə təltif olunmuşlar..