Xəbərlər
Dərc edilib:09.07.2018 12:55
Baxışlar:136

Sumqayıtda futbol üzrə Respublika turnirinə yekun vuruldu

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 01-06 iyul 2018-ci il tarixlərində M.Hüseynzadə adına şəhər stadionunda Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Tofiq Məməd oğlu Rzayevin xatirəsinə həsr edilmiş futbol üzrə 2009-2010-cu il təvəllüdlü yeniyetmələr arasında Respublika turniri keçirilmişdir. 
Turnirdə Sumqayıtın eyni adlı Peşəkar Futbol Klubu, “Uğur” Futbol Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman məktəbi, “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi, Bakının 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman məktəbi, “Neftçi” İdman Klubu İctimai Birliyi, “Leon” və “Vətən” Futbol Klubları ilə yanaşı Lənkəran, Qusar, Şabran və Xaçmaz şəhər və rayonlarının komandaları qalib adı uğrunda mübarizə aparmışdır.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə “Təhsil” Respublika İdman Mərkəzi 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin  komandası birinci, “Sünami” Futbol Klubunun komandası ikinci,  Sumqayıt Peşəkar Futbol Klubunun komandası isə üçüncü yeri tutmuşlar.
Turnirin qalib və mükafatçıları Baş İdarə tərəfindən fəxri fərman, medal, kubok və hədiyyələrilə təltif olunmuşdur.