Tarix: 12.04.2019 14:45
Mənbə:
Baxışlar: 283

Gənclər vətənpərvərlikdən danışdılar

11 aprel 2019-cu il tarixdə saat 11.00-da “Bulvar” oteldə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə“Azərbaycan deyəndə” şüarı altında “Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan təbliğat-təşviqat işlərinin səmərəliliyinin artırılmasına həsr olunmuş tədbir”  keçirilmişdir. Tədbir görüş formatında keçirilmişdir. Görüşün keçirilməsində məqsəd vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan işin daha da geniş təbliğ edilməsi, sosial şəbəkələrdə obyektiv məlumatların ötürülməsi və gənclərin Azərbaycan naminə şəbəkələşməsini təmin etməklə bağlı müzakirələr aparmaqdır.
Görüş balabanda “Sarı Gəlin” mahnısının sədaları altında Məmməd Arazın  “Azərbaycan-dünyam mənim” şeirinin və daha sonra Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir. Daha sonra aparıcı Emin Musəvi  çıxış üçün sözü Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayevə vermişdir.
Tədbirə ölkəmizi yerli və beynəlxalq aləmdə təmsil edən, eyni zamanda istedadı, bacarığı ilə təmsilçiyə çevrilə biləcək gənclər və bu mövzuda təcrübələrini gənclərlə bölüşə biləcək 200-dən çox iştirakçı dəvət olunmuşdur. Aparıcı qonaqların hər birini müzakırələrdə aktiv olmağa, təkliflərini səsləndirməyə dəvət etmişdir.
8 saat davam edən görüşdə mədəni irs, elm, incəsənət, ədəbiyyat, media, təhsil, idman, turizm, yeni innovasiyalar, sosial təbliğat movzuları müzakirə olunmuşdur. Görüşdə mövzular, müzakirələr qonaqlar tərəfindən xüsusi maraqla qarşılanmışdır.